Ən-Nəhl surəsi · 37-ci ayə

Sən onların hidayət olmalarını lap çox istəsən də (bunun bir xeyiri yoxdur, çünki) Allah azğınlıqda boşladığını hidayət etməz və onların bir köməkçiləri yoxdur.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 37
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"(Ey peyğəmbər!) Onların hidayətinə (doğru yola gəlməsinə) hərislik göstərsən də, şübhəsiz, Allah azdırdığı kəsi hidayət etməz. Onlar üçün heç bir yardımçı yoxdur.”
Nöqtələr
Əvvəlki ayənin: "Bir dəstənin inkar və küfr səbəbindən yolunu azması qətidir,” ardınca bu ayədə Peyğəmbərə (s) xitabən buyurulur: "Onlara can yandırma, sənin canıyananlığın əbəsdir. Çünki Allah onların qəlbini möhürləmişdir və hidayət olası deyillər.”
Bəzən problem təbliğatçıda yox, xalqın qabiliyyətində olur, Peyğəmbər məsumdur, onun zəif nöqtəsi yoxdur, ən üstün əxlaqa malikdir və canıyanandır. Bununla belə xalq onu qəbul etmir.
Bildirişlər
1. İnsan bəzən o qədər süqut edir ki, dünyada hidayət, axirətdə qurtuluş qabiliyyətini itirir.
2. Təbliğatçı bilməlidir ki, bir qrup insan heç bir məntiqi qəbul etmir. Belələrinin iman gətirməsini gözləməyə dəyməz.
3. Şəfaət üçün insanın ləyaqəti olmalıdır və şəfaətdən hər kəs bəhrələnə bilmir.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 37-ci ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 37-ci ayəsi nə haqqındadır?
Sən onların hidayət olmalarını lap çox istəsən də (bunun bir xeyiri yoxdur, çünki) Allah azğınlıqda boşladığını hidayət etməz və onların bir köməkçiləri yoxdur.
Ən-Nəhl surəsi 37-ci ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 37-ci ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 37-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 37-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 37-ci ayənin təfsiri nədir?
"(Ey peyğəmbər!) Onların hidayətinə (doğru yola gəlməsinə) hərislik göstərsən də, şübhəsiz, Allah azdırdığı kəsi hidayət etməz. Onlar üçün heç bir yardımçı yoxdur.”NöqtələrƏvvəlki ayənin: "Bir dəstənin inkar və küfr səbəbindən yolunu azması qətidir,” ardınca bu ayədə Peyğəmbərə (s) xitabən buyurulur: "Onlara can yandırma, sənin canıyananlığın əbəsdir. Çünki Allah onların qəlbini möhürləmişdir və hidayət olası deyillər.”Bəzən problem təbliğatçıda yox, xalqın qabiliyyətində olur, Peyğəmbər məsumdu...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.