Ən-Nəhl surəsi · 40-cu ayə

(Qiyaməti bəqrərar etmək Bizim üçün asandır, çünki) Biz bir şeyi(n əmələ gəlməsini) istədikdə, ona yalnız «ol!» deyirik, beləliklə, o (dərhal) olur.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 40
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"(Ölüləri diriltmək Bizim üçün çətin deyil, çünki) bir iş görmək istəsək, həqiqətən, həmin iş üçün sözümüz yalnız "ol” deməkdir. O da (yubanmadan) vücuda gələr.”
Nöqtələr
Allah-təala bu ayədə "sözümüz”, "Yasin” surəsinin 82-ci ayəsində "əmrimiz” təbirlərini işlədir. Demək, Allahın əmr və sözü Onun istək və iradəsindən ibarətdir.
Ayədə bildirilir ki, Allah bir işin olması üçün yalnız "ol” əmrini verir. Əslində isə Allahın bir işi görmək üçün söz deməyə ehtiyacı yoxdur. "Ol” sözünün bəyanında məqsəd hadisəni dərk edə biləcəyimiz şəkildə anlatmaqdır.
İnsan öz zehnində təsəvvür yaratmaq üçün bunu istəsə bəs edir. Allahın isə bir şeyi yaratmaq üçün istəyi kifayətdir.
Bildirişlər
1. Əgər istənilən bir iş Allahın bir istəyi ilə baş verirsə, hansı əsasla məada şəkk etməliyik?!
2. Allah mövcudları hər hansı tərkibləri dəyişməklə yox, sadəcə yoxdan var edir.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 40-cu ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 40-cu ayəsi nə haqqındadır?
(Qiyaməti bəqrərar etmək Bizim üçün asandır, çünki) Biz bir şeyi(n əmələ gəlməsini) istədikdə, ona yalnız «ol!» deyirik, beləliklə, o (dərhal) olur.
Ən-Nəhl surəsi 40-cu ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 40-cu ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 40-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 40-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 40-cu ayənin təfsiri nədir?
"(Ölüləri diriltmək Bizim üçün çətin deyil, çünki) bir iş görmək istəsək, həqiqətən, həmin iş üçün sözümüz yalnız "ol” deməkdir. O da (yubanmadan) vücuda gələr.”NöqtələrAllah-təala bu ayədə "sözümüz”, "Yasin” surəsinin 82-ci ayəsində "əmrimiz” təbirlərini işlədir. Demək, Allahın əmr və sözü Onun istək və iradəsindən ibarətdir.Ayədə bildirilir ki, Allah bir işin olması üçün yalnız "ol” əmrini verir. Əslində isə Allahın bir işi görmək üçün söz deməyə ehtiyacı yoxdur. "Ol” sözünün bəyanında məqsəd ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.