Ən-Nəhl surəsi · 48-ci ayə

Məgər Allahın yaratdığı (kölgəli) cisimlərə (günəşin qarşısında üzü və ya arxası cənuba olan zaman) baxmırlarmı ki, onların kölgələri - bütün cisimlər və kölgələri, Allaha səcdə edərək (qeyri-ixtiyari) itaət və zillət halında olduqları vəziyyətdə – sağdan və sol tərəflərdən (sağdan arxaya və soldan qabaq tərəfə) qayıdır?! (Bəs nə üçün ayılmırlar?!)

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 48
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"Allahın yaratdığı şeylərin sağdan və soldan kölgələrinin səcdə edən halda döşəndiyini görmürlərmi?!”
Nöqtələr
İstənilən bir növ kölgə "zill”, günortadan sonra isə "fəy” adlanır.
"Daxir” dedikdə müti hal, "yəmin” və "şimal” dedikdə isə günün sübh və qürub kimi iki tərəfi nəzərdə tutula bilər.
Kölgə yerə döşənmiş halda olduğundan onun haqqında səcdə sözü işlənə bilər. Ümumiyyətlə, təkvini (təbii) baxışda bütün mövcudlar Allahın qarşısında səcdədədirlər.
Bildirişlər
1. Təkcə əşya yox, onun kölgə kimi müxtəlif xüsusiyyətləri də Allah qarşısında mütidir.
2. İlahi yaranmışların və onlarda baş verən dəyişikliklərin nəzərdən keçirilməsi Quranın tapşırıqlarındandır.
3. Varlıq aləmindəki əşya, hətta onun kölgəsi Allaha səcdədədirsə, nə üçün insan boyun əyməsin?
4. Biz dərk etməsək də, varlıq aləmi düşüncəli şəkildə itaət göstərir. (Fəxr Razinin təbirincə, "daxirun” təbiri şüurlu mövcudlara münasibətdə işlədilir.)

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 48-ci ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 48-ci ayəsi nə haqqındadır?
Məgər Allahın yaratdığı (kölgəli) cisimlərə (günəşin qarşısında üzü və ya arxası cənuba olan zaman) baxmırlarmı ki, onların kölgələri - bütün cisimlər və kölgələri, Allaha səcdə edərək (qeyri-ixtiyari) itaət və zillət halında olduqları vəziyyətdə – sağdan və sol tərəflərdən (sağdan arxaya və soldan qabaq tərəfə) qayıdı...
Ən-Nəhl surəsi 48-ci ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 48-ci ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 48-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 48-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 48-ci ayənin təfsiri nədir?
"Allahın yaratdığı şeylərin sağdan və soldan kölgələrinin səcdə edən halda döşəndiyini görmürlərmi?!”Nöqtələrİstənilən bir növ kölgə "zill”, günortadan sonra isə "fəy” adlanır."Daxir” dedikdə müti hal, "yəmin” və "şimal” dedikdə isə günün sübh və qürub kimi iki tərəfi nəzərdə tutula bilər.Kölgə yerə döşənmiş halda olduğundan onun haqqında səcdə sözü işlənə bilər. Ümumiyyətlə, təkvini (təbii) baxışda bütün mövcudlar Allahın qarşısında səcdədədirlər.Bildirişlər1. Təkcə əşya yox, onun kölgə kimi mü...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.