Ən-Nəhl surəsi · 6-cı ayə

Və onlar(ı saxlamaq)da sizin üçün onları axşamlar otlaqdan istirahət yerlərinə qaytaranda və səhərlər otlağa göndərəndə bir gözəllik və zinət vardır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 6
MÖHSÜN QƏRAƏTİ 16.12.2025
"Onları örüşdən gətirməyinizdə və örüşə aparmağınızda sizin üçün ləzzət var.”
Nöqtələr
"Təsrəhun” mal-qaranı otlağa, örüşə göndərmək mənasını bildirir. "Turihun” dedikdə isə mal-qaranın örüşdən geri qayıtması nəzərdə tutulur.
Heyvanların insanlara bir çox faydaları var. Heyvanların südü və əti qida üçün, dərisi və yunu ayaqqabı və libas üçün, beli yük üçün, ayaqları şum üçün, ifrazatı gübrə üçün istifadə olunur. Heyvanlarda bir bu qədər bərəkət olduğu halda onlar insana olduqca az zəhmət verirlər.
Rəvayətlərdə ən yaxşı iş kimi əkinçilik, ardınca heyvandarlıq göstərilir. Bir şərtlə ki, vaxtlı-vaxtında zəkat ödənsin, məhrumlar yaddan çıxarılmasın.
Bildirişlər
1. Dördayaqlılar insan üçün yaradılmışdır.
2. Nemətlərə diqqət insanda yaradana eşq və bəndəlik ruhunu canlandırır.
3. Vegetarianlıq (ətyeməzlik) dəyər deyil. Allah heyvanların əti ilə qidalanmanı onların faydalarından sayır.
4. Cəmiyyətin rövnəqi onun istiqlalındadır, özünü təmin edə bilməsində, istehsal və heyvandarlığın genişlənməsindədir.
5. Gözəllik və zinət fərd və cəmiyyətin təbii ehtiyaclarındandır.
6. Cəmiyyətin gözəlliyi onun yerində saymasında yox, səy və hərəkətindədir. Fərdin yox, bütünlüklə cəmiyyətin hərəkəti mühümdür.
7. Gözəllik qarını doyurmaqda yox, xalqın xidmətində dayanmaqdadır. Gözəllik başlı-başına buraxılmaqda yox, ağıllı çobanın nəzarəti altında olmaqdır.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 6-cı ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 6-cı ayəsi nə haqqındadır?
Və onlar(ı saxlamaq)da sizin üçün onları axşamlar otlaqdan istirahət yerlərinə qaytaranda və səhərlər otlağa göndərəndə bir gözəllik və zinət vardır.
Ən-Nəhl surəsi 6-cı ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 6-cı ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 6-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 6-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 6-cı ayənin təfsiri nədir?
"Onları örüşdən gətirməyinizdə və örüşə aparmağınızda sizin üçün ləzzət var.”Nöqtələr"Təsrəhun” mal-qaranı otlağa, örüşə göndərmək mənasını bildirir. "Turihun” dedikdə isə mal-qaranın örüşdən geri qayıtması nəzərdə tutulur.Heyvanların insanlara bir çox faydaları var. Heyvanların südü və əti qida üçün, dərisi və yunu ayaqqabı və libas üçün, beli yük üçün, ayaqları şum üçün, ifrazatı gübrə üçün istifadə olunur. Heyvanlarda bir bu qədər bərəkət olduğu halda onlar insana olduqca az zəhmət verirlər.R...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.