Ən-Nəhl surəsi · 63-cü ayə

Allaha and olsun ki, (yəhudilər, xaçpərəstlər və başqaları kimi) səndən qabaqkı ümmətlərə (də peyğəmbərlər) göndərmişdik. Şeytan onların (puç batil) işlərini onlar üçün zinətləndirdi və o, bu gün də onların (və digər kafirlərin və müşriklərin) yardımçı və başçısıdır. Onlar üçün ağrılı bir əzab vardır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 63
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"And olsun Allaha, həqiqətən, Biz səndən qabaq da ümmətlərə peyğəmbərlər göndərdik. Şeytan onların (müşriklərin) əməllərini onlara gözəl göstərdi. (Şeytan) bu gün də onların hamisidir. Onlar üçün dərdli əzab var.”
Nöqtələr
Ayə İslam Peyğəmbərinə (s) təsəlli verir ki, xalqın diqqətsizliyi və arxa çevirməsi onu narahat etməsin. Çünki bütün peyğəmbərlər bu sayaq fərdlərlə üzləşmişlər.
Bildirişlər
1. Tarix və keçmiş qövmlərlə tanışlıq səbir və dözüm amilidir, ibrət dərsidir.
2. Allah Öz adına and içir.
3. Peyğəmbərlərin besəti ilahi bir cərəyan, sünnə olmuşdur.
4. Çirkinlikləri gözəl göstərmək, azğınlıqlara don geyindirmək şeytanın nüfuz yoludur.
5. Şeytanın yaratdığı görüntüləri qəbul etmək ona itaətin müqəddiməsidir.
6. Şeytanın hakimiyyəti bir anlıq deyil. O hər gün hakimiyyət dairəsini genişləndirməyə çalışır.
7. Şeytanın hakimiyyəti yalnız dünyaya aiddir və qiyamətdə onun əlindən bir iş gəlmir.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 63-cü ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 63-cü ayəsi nə haqqındadır?
Allaha and olsun ki, (yəhudilər, xaçpərəstlər və başqaları kimi) səndən qabaqkı ümmətlərə (də peyğəmbərlər) göndərmişdik. Şeytan onların (puç batil) işlərini onlar üçün zinətləndirdi və o, bu gün də onların (və digər kafirlərin və müşriklərin) yardımçı və başçısıdır. Onlar üçün ağrılı bir əzab vardır.
Ən-Nəhl surəsi 63-cü ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 63-cü ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 63-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 63-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 63-cü ayənin təfsiri nədir?
"And olsun Allaha, həqiqətən, Biz səndən qabaq da ümmətlərə peyğəmbərlər göndərdik. Şeytan onların (müşriklərin) əməllərini onlara gözəl göstərdi. (Şeytan) bu gün də onların hamisidir. Onlar üçün dərdli əzab var.”NöqtələrAyə İslam Peyğəmbərinə (s) təsəlli verir ki, xalqın diqqətsizliyi və arxa çevirməsi onu narahat etməsin. Çünki bütün peyğəmbərlər bu sayaq fərdlərlə üzləşmişlər.Bildirişlər1. Tarix və keçmiş qövmlərlə tanışlıq səbir və dözüm amilidir, ibrət dərsidir.2. Allah Öz adına and içir.3....
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.