Ən-Nəhl surəsi · 65-ci ayə

Allah göydən (yağış, qar və dolu şəklində) su endirdi və onun vasitəsi ilə yeri (otları, dənləri və onların daxilindəki rüşeymləri) ölümündən sonra diriltdi. Doğrudan da bunda (bu işdə) eşidən dəstə üçün (Allahın qüdrət və hikmətindən) bir nişanə vardır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 65
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"Allah səmadan su nazil etdi, onun vasitəsi ilə ölmüş torpağı diriltdi. Əlbəttə bunda eşidənlər üçün aydın nişanələr var.”
Nöqtələr
Ötən ayədə qəlblərin oyanış səbəbi olan kitabın nazil olması haqqında danışıldı. Bu ayədə torpağın oyanış səbəbi olan yağışın nazil olması qeyd edilir.
Bildirişlər
1. Təbiət hadisələri təsadüfi deyil, Allahın iradəsi əsasında gerçəkləşir.
2. Torpaq da insan kimi ölür, dirilir.
3. İlahi proqramlar adi və təbii vasitələrlə həyata keçir.
4. Su torpağın və torpaqda olanların həyat qaynağıdır.
5. Allahın təbiətdə idarəçiliyi tövhid məktəbidir.
6. Ən üstün allahşünaslıq yolu ilahi ayələri dinləmək və öyüd götürməkdir.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 65-ci ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 65-ci ayəsi nə haqqındadır?
Allah göydən (yağış, qar və dolu şəklində) su endirdi və onun vasitəsi ilə yeri (otları, dənləri və onların daxilindəki rüşeymləri) ölümündən sonra diriltdi. Doğrudan da bunda (bu işdə) eşidən dəstə üçün (Allahın qüdrət və hikmətindən) bir nişanə vardır.
Ən-Nəhl surəsi 65-ci ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 65-ci ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 65-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 65-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 65-ci ayənin təfsiri nədir?
"Allah səmadan su nazil etdi, onun vasitəsi ilə ölmüş torpağı diriltdi. Əlbəttə bunda eşidənlər üçün aydın nişanələr var.”NöqtələrÖtən ayədə qəlblərin oyanış səbəbi olan kitabın nazil olması haqqında danışıldı. Bu ayədə torpağın oyanış səbəbi olan yağışın nazil olması qeyd edilir.Bildirişlər1. Təbiət hadisələri təsadüfi deyil, Allahın iradəsi əsasında gerçəkləşir.2. Torpaq da insan kimi ölür, dirilir.3. İlahi proqramlar adi və təbii vasitələrlə həyata keçir.4. Su torpağın və torpaqda olanların h...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.