Ən-Nəhl surəsi · 74-cü ayə

Buna görə də Allah üçün (şərik, zövcə və qızlarının olması kimi nalayiq) məsəllər çəkməyin. Həqiqətən Allah (belə məsəllərin çirkinliyini və qeyri-mümkün olmasını) bilir və siz bilmirsiniz.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 74
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"Bütləri Allaha tay saymayın. Həqiqətən, Allah bilir, siz isə xəbərsizsiniz.”
Nöqtələr
Müşriklər Allahı padşah, bütləri Onun vəziri kimi qəbul edirdilər. Ayədə bu sayaq təsəvvürlər inkar olunur.
Şair Qaani deyir:
Bütün varlıq fəqət Səndən yaranmış,
Cansız torpaq səndən gücünü almış.
Hökmün altındadır bütün kainat,
Bizimçün Sən varsan, Sənin üçün zat.
Varlığın varlığa duymaz ehtiyac,
Oxşarsızsan, Sənə tapılmaz məcaz.
Bildirişlər
1. Məbud həm ruzi verən, həm də qüdrətli olmalıdır. Ona qoşulan şəriklərdə isə bu səciyyələr yoxdur.
2. Bütlər və yalançı məbudlar nə bu gün ruzi verir, nə də gələcəkdə ruzi verəsidir.
3. Sizin uydurma məbudlarınız nə səmadan yağış endirə bilər, nə də torpaqdan bitki düzəltməyi bacarar.
4. Saxta məbudlar nəinki böyük, hətta kiçik işlərə də qadir deyildirlər.
5. Allahla bağlı bənzətmələrin kökü insanın cəhalətidir.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 74-cü ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 74-cü ayəsi nə haqqındadır?
Buna görə də Allah üçün (şərik, zövcə və qızlarının olması kimi nalayiq) məsəllər çəkməyin. Həqiqətən Allah (belə məsəllərin çirkinliyini və qeyri-mümkün olmasını) bilir və siz bilmirsiniz.
Ən-Nəhl surəsi 74-cü ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 74-cü ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 74-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 74-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 74-cü ayənin təfsiri nədir?
"Bütləri Allaha tay saymayın. Həqiqətən, Allah bilir, siz isə xəbərsizsiniz.”NöqtələrMüşriklər Allahı padşah, bütləri Onun vəziri kimi qəbul edirdilər. Ayədə bu sayaq təsəvvürlər inkar olunur.Şair Qaani deyir:Bütün varlıq fəqət Səndən yaranmış,Cansız torpaq səndən gücünü almış.Hökmün altındadır bütün kainat,Bizimçün Sən varsan, Sənin üçün zat.Varlığın varlığa duymaz ehtiyac,Oxşarsızsan, Sənə tapılmaz məcaz.Bildirişlər1. Məbud həm ruzi verən, həm də qüdrətli olmalıdır. Ona qoşulan şəriklərdə isə ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.