Ən-Nəhl surəsi · 77-ci ayə

Göylərin və yerin qeybi (məxluqların zahiri hissiyyatlarından və fikir üfüqlərindən gizlin qalan şeylər) Allaha məxsusdur. Və Qiyamətin işi (onun bərpa edilməsi Allah yanında asanlıq və sürət baxımından) yalnız göz qırpımı kimi, yaxud ondan da az (bir vaxtda)dır. Həqiqətən Allah hər şeyə qadirdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 77
MÖHSÜN QƏRAƏTİ 17.12.2025

"Göylərin və yerin qeybi Allaha məxsusdur. Qiyamət bir göz qırpımında, ya daha tez bərpa olar. Əlbəttə, Allah hər şeyə qadirdir.”

Nöqtələr
"Qeyb” sözü nisbi məna daşıyır. Bir insan üçün qeybi (gizli) olan bir iş başqa biri üçün aşkar ola bilər.
"Əmrus-saəti” dedikdə qiyamət hadisəsi nəzərdə tutulur. Bu, qeybin mühüm nümunələrindəndir. Qiyamət vaxtının bilinməməsi Allahın lütflərindəndir.
Bu ayə müşriklərin bənzətmələrinə cavab ola bilər. Əgər göydə və yerdə yaranış və tədbirə şərik olsaydı, hər şeyi bilən Allah bundan xəbərdar olardı.
Ölümdən sonra insanın cismi parçalanır və gözdən itir. Allah qeybi bildiyindən bu cismi yenidən bərpa edir.
Bildirişlər
1. Allah nəinki qeybi bilir, hətta onun sahibidir.
2. Allah üçün heç bir iş çətin deyil, hətta qiyamətin bərpası!
3. Hər bir işin batini qiyamətdə aşkar olur.
4. Allah hər şeyi bildiyindən və hər şeyə qadir olduğundan qiyamətin bərpası mümkün sayılmalıdır.
5. Dünya ilə qürrələnməyək, Qiyamət uzaqda deyil və özümüzü hazırlamalıyıq.
6. Allah istənilən bir işin müqəddiməsini ləğv edə, xülasələşdirə və sürətləndirə bilər. (Müqəddimənin ləğvinə həzrət İsanın beşikdə danışması, müqəddimənin sürətləndirilməsinə Bilqeysin taxtının həzrət Süleymanın yanına gətirilməsi nümunə göstərilə bilər).

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 77-ci ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 77-ci ayəsi nə haqqındadır?
Göylərin və yerin qeybi (məxluqların zahiri hissiyyatlarından və fikir üfüqlərindən gizlin qalan şeylər) Allaha məxsusdur. Və Qiyamətin işi (onun bərpa edilməsi Allah yanında asanlıq və sürət baxımından) yalnız göz qırpımı kimi, yaxud ondan da az (bir vaxtda)dır. Həqiqətən Allah hər şeyə qadirdir.
Ən-Nəhl surəsi 77-ci ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 77-ci ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 77-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 77-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 77-ci ayənin təfsiri nədir?
"Göylərin və yerin qeybi Allaha məxsusdur. Qiyamət bir göz qırpımında, ya daha tez bərpa olar. Əlbəttə, Allah hər şeyə qadirdir.”Nöqtələr"Qeyb” sözü nisbi məna daşıyır. Bir insan üçün qeybi (gizli) olan bir iş başqa biri üçün aşkar ola bilər."Əmrus-saəti” dedikdə qiyamət hadisəsi nəzərdə tutulur. Bu, qeybin mühüm nümunələrindəndir. Qiyamət vaxtının bilinməməsi Allahın lütflərindəndir.Bu ayə müşriklərin bənzətmələrinə cavab ola bilər. Əgər göydə və yerdə yaranış və tədbirə şərik olsaydı, hər şeyi...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.