Ən-Nəhl surəsi · 78-ci ayə

Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı və sizə qulaq və eşitmə qüdrəti, gözlər və görmə qabiliyyəti və (bədənin hissiyyatını idarə etmək üçün) ürəklər verdi ki, bəlkə şükr edəsiniz

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 78
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"Heç bir şey bilmədiyiniz halda Allah sizi analarınızın bətnindən çıxardı. Sizə qulaq, göz, qəlb verdi ki, bəlkə şükür edəsiniz.”
Nöqtələr
"Umm” sözünün cəm forması olan "umməhat” "ummat” sözünün əvəzində işlədilmişdir.
Bildirişlər
1. İnsan Allahın iradəsi ilə anadan doğulur.
2. Keçmişdəki çatışmazlıqları, çətinlikləri xatırlamaq insanda şükür ruhiyyəsi yaradır.
3. İstənilən bir işi vasitə ilə görmək Allahın sünnəsidir. Göz, qulaq və qəlb elm vasitəsidir.
4. Qulaq gözdən tez işə düşür. (Qulaq ananın bətnində də eşidir.)
5. Nemətə təşəkkür vasitələrdən düzgün bəhrələnməni göstərir. Çünki Quran bəzilərini məzəmmət edərək buyurur ki, gözləri var, amma həqiqəti görmürlər, qulaqları var, amma haqqı eşitməyə hazır deyillər.
6. Göz və qulaq nemətinin həqiqi şükrü elm əldə etməkdir, çünki ayədə öncə buyurulur ki, siz bilmirdiniz, Mən şükür edəsiniz deyə sizə göz və qulaq verdim. (Yəni elm öyrənəsiniz.)

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 78-ci ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 78-ci ayəsi nə haqqındadır?
Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı və sizə qulaq və eşitmə qüdrəti, gözlər və görmə qabiliyyəti və (bədənin hissiyyatını idarə etmək üçün) ürəklər verdi ki, bəlkə şükr edəsiniz
Ən-Nəhl surəsi 78-ci ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 78-ci ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 78-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 78-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 78-ci ayənin təfsiri nədir?
"Heç bir şey bilmədiyiniz halda Allah sizi analarınızın bətnindən çıxardı. Sizə qulaq, göz, qəlb verdi ki, bəlkə şükür edəsiniz.”Nöqtələr"Umm” sözünün cəm forması olan "umməhat” "ummat” sözünün əvəzində işlədilmişdir.Bildirişlər1. İnsan Allahın iradəsi ilə anadan doğulur.2. Keçmişdəki çatışmazlıqları, çətinlikləri xatırlamaq insanda şükür ruhiyyəsi yaradır.3. İstənilən bir işi vasitə ilə görmək Allahın sünnəsidir. Göz, qulaq və qəlb elm vasitəsidir.4. Qulaq gözdən tez işə düşür. (Qulaq ananın bə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.