Ən-Nəhl surəsi · 8-ci ayə

Atları, qatırları və ulaqları onlara minməyiniz və həm də zinət və bəzək olsunlar deyə (yaratdı). Həmçinin (hələ yer üzündə xam malını yaratmaq və sizə ixtira etmək qüdrəti verməklə) sizin (mühərriklə işləyən nəqliyyat vasitələri kimi) bilmədiyiniz şeyləri də yaradacaqdır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 8
MÖHSÜN QƏRAƏTİ 16.12.2025
"Atları, qatırları və ulaqları sizin süvar olmağınız və sizə zinət üçün yaratdı. O sizin bilmədiyiniz şeylər də yaradır.”
Nöqtələr
"Xəyl” sözü təkəbbür mənasını bildirir. Bu söz ayədə at mənasında işlədilmişdir. Sanki ata süvar olarkən böyüklük, təkəbbür hissi yaranır.
"Biğal” sözü qatır mənasını bildirir. Qatır atla ulağın cütləşməsi nəticəsində yaranır. "Himar” sözünün cəm forması olan "həmir” sözü ulaqlar mənasında işlədilmişdir.
Bildirişlər
1. Yük və müsafir daşınması bəşəriyyətin ilkin ehtiyaclarındandır. Allah bu iş üçün heyvanlar xəlq etmişdir.
2. Miniyə süvar olmaq rifah, asayiş, bir növ zinət sayılır.
3. Zinət bəşəriyyətin fitri ehtiyaclarındandır.
4. Minik öncə hərəkət, sonra zinət üçün nəzərdə tutulmalıdır. (Təəssüf ki, bəziləri yalnız dəbdəbə xatirinə nəqliyyat vasitəsi əldə edirlər.)
5. Allah varlıq aləmində istədiyini edə bilir.
6. Əslində bugünkü nəqliyyat vasitələri (avtomobil, qatar, təyyarə, gəmi) bəşəriyyətin yox, Allahın məxluqlarıdır.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 8-ci ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 8-ci ayəsi nə haqqındadır?
Atları, qatırları və ulaqları onlara minməyiniz və həm də zinət və bəzək olsunlar deyə (yaratdı). Həmçinin (hələ yer üzündə xam malını yaratmaq və sizə ixtira etmək qüdrəti verməklə) sizin (mühərriklə işləyən nəqliyyat vasitələri kimi) bilmədiyiniz şeyləri də yaradacaqdır.
Ən-Nəhl surəsi 8-ci ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 8-ci ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 8-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 8-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 8-ci ayənin təfsiri nədir?
"Atları, qatırları və ulaqları sizin süvar olmağınız və sizə zinət üçün yaratdı. O sizin bilmədiyiniz şeylər də yaradır.”Nöqtələr"Xəyl” sözü təkəbbür mənasını bildirir. Bu söz ayədə at mənasında işlədilmişdir. Sanki ata süvar olarkən böyüklük, təkəbbür hissi yaranır."Biğal” sözü qatır mənasını bildirir. Qatır atla ulağın cütləşməsi nəticəsində yaranır. "Himar” sözünün cəm forması olan "həmir” sözü ulaqlar mənasında işlədilmişdir.Bildirişlər1. Yük və müsafir daşınması bəşəriyyətin ilkin ehtiyacla...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.