Ən-Nəhl surəsi · 81-ci ayə

Və Allah (ağac, tavan və çardaq kimi) yaratdıqlarından sizin üçün kölgələr yaratdı, sizin üçün dağlardan mağaralar və sığınacaqlar düzəltdi və sizin üçün sizi istidən (və soyuqdan) qoruyan paltarlar və sizi bir-birinizin zərərindən qoruyan geyimlər (döyüş geyimləri) müəyyənləşdirdi. O, Öz nemətini sizə belə tam həddə çatdırır ki, bəlkə (Onun istək və iradəsinə) təslim olasınız.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 81
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"Allah yaratdıqlarından sizin üçün kölgəliklər qərar verdi ("xəlq etdi”). Dağlarda sizin üçün mağaralar hazırladı ("yaratdı”), sizi istidən (və soyuqdan) qoruyan libaslar, bir-birinizin zərbələrindən qoruyan zirehlər düzəltdi ("yaratdı”). Beləcə, (Allah) sizə Öz nemətini tamamladı. Ola bilsin ki, özünüzü Ona təslim edəsiniz.”
Nöqtələr
"Kənn” sözünün cəm forması olan "əknan” sözü örtük vasitəsi mənasını bildirir. Bu söz ayədə mağaralar və tunellər mənasında işlədilmişdir.
Allah ötən ayədə məskən nemətini şəhər əhlinə, çadır nemətini köçərilərə aid bildirir. Bu ayədə isə mağaraların dağ əhlinə aid olduğu bəyan olunur.
Həm kişilərin, həm də qadınların, həm böyüklərin, həm də uşaqların daim istifadə etdiyi və bütün bədəni örtən uzun köynək "sərabil” adlanır.
"Əl-Mizan” təfsirində bildirilir ki, ərəb dilində iki zidd məfhumun adını çəkmək lazım gəldikdə onlardan birini qeyd etməklə kifayətlənirlər. Ona görə də bu ayədə libasın insanı istidən və soyuqdan qorumasını bildirmək üçün yalnız istinin adı çəkilir.
Bildirişlər
1. Nemətlərə diqqət və onların yada salınması insanın nemət sahibinə olan diqqətini artırır, insandakı təslimçilik və pərəstiş ruhunu oyadır.
2. Kölgənin rolu işığın rolundan az deyil.
3. Nemətlərdən alınan ləzzət bizə Yaradanı unutdurmasın. (Ayədə üç dəfə "cəələ” yəni qərar verdi, bir dəfə də "xəlq etdi” sözləri işlədilmişdir.)
4. Dəmiri əritməklə və xüsusi ustalıqla hazırlanan zireh (müdafiə libası) ilahi lütflərdəndir.
5. Nemətləri və nemətlərin Xaliqini xalqa xatırlatmaq Allaha doğru ən yaxşı dəvət yolu, azğınlıq və təkəbbürün qarşısını almaq üçün ən yaxşı vasitədir.
6. Danışarkən müsahibinizi və mühiti nəzərə alın. (Libas insanı soyuqdan qoruyub ona gözəllik versə də, Allah Hicaz məntəqəsindəki döyüşləri və bu məntəqənin iqlimini nəzərə alaraq libasın istilikdən və zərbədən qorunmaq kimi iki faydasını qeyd edir.)

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 81-ci ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 81-ci ayəsi nə haqqındadır?
Və Allah (ağac, tavan və çardaq kimi) yaratdıqlarından sizin üçün kölgələr yaratdı, sizin üçün dağlardan mağaralar və sığınacaqlar düzəltdi və sizin üçün sizi istidən (və soyuqdan) qoruyan paltarlar və sizi bir-birinizin zərərindən qoruyan geyimlər (döyüş geyimləri) müəyyənləşdirdi. O, Öz nemətini sizə belə tam həddə ç...
Ən-Nəhl surəsi 81-ci ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 81-ci ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 81-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 81-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 81-ci ayənin təfsiri nədir?
"Allah yaratdıqlarından sizin üçün kölgəliklər qərar verdi ("xəlq etdi”). Dağlarda sizin üçün mağaralar hazırladı ("yaratdı”), sizi istidən (və soyuqdan) qoruyan libaslar, bir-birinizin zərbələrindən qoruyan zirehlər düzəltdi ("yaratdı”). Beləcə, (Allah) sizə Öz nemətini tamamladı. Ola bilsin ki, özünüzü Ona təslim edəsiniz.”Nöqtələr"Kənn” sözünün cəm forması olan "əknan” sözü örtük vasitəsi mənasını bildirir. Bu söz ayədə mağaralar və tunellər mənasında işlədilmişdir.Allah ötən ayədə məskən nem...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.