Ən-Nəhl surəsi · 88-ci ayə

Küfr edən və (başqalarını) Allahın yolundan saxlayan kəslərin əzabları üzərinə fəsad etdiklərinə görə daha bir əzab artıracağıq.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 88
MÖHSÜN QƏRAƏTİ 17.12.2025

"Kafir olub xalqı Allahın yolundan çəkindirənlərin davamlı fəsadlarına cəza olaraq əzablarına əzab artırarıq.”

NÖQTƏLƏR
İnsanlar Allahın yoluna fərqli reaksiya göstərirlər. Bu münasibətin dərəcələri, mərhələləri var.
a) Müsbət reaksiyalar:
- bir qrup insan Allah yolunu anlamaq və bu yolda addım atmaq intizarındadır.
- bir qrup insan Allaha xatir hicrət edir.
- bəziləri Allah yolunda olduğu üçün mühasirəyə alınır.
- bir qrup insan Allah yolunda əzab-əziyyətə dözür.
- bəziləri başqalarını Allah yoluna dəvət edirlər.
- bir qrup insan Allah yolunda heç vaxt süstlük göstərmir.
- bir qrup insan Allah yolunda vuruşur.
- bir qrup insan bu yolda öldürülür.
b) Mənfi reaksiyalar:
- bəziləri Allah yolunda olduğunu düşünürlər.
- bir qrup insan Allahın yolunu əyir.
- bir qrup insan Allah yolunu başqalarının üzünə bağlayır.
- bəziləri Allah yolunu bağlamaq üçün pul xərcləyirlər.
Bildirişlər
1. İman saleh əməlin müqəddiməsi olduğu kimi, küfr də fəsadın müqəddiməsidir.
2. Qələm, bəyan, müxtəlif imkanlarla Allah yolunu bağlayan küfr başçılarının hesabı adi fərdlərin hesabından ayrıdır.
3. "Yer üzündə fəsad törədən” dedikdə təkcə cəmiyyətin asayişini pozanlar yox, istənilən bir şəkildə mənəvi təkamülə mane olanlar nəzərdə tutulur.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 88-ci ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 88-ci ayəsi nə haqqındadır?
Küfr edən və (başqalarını) Allahın yolundan saxlayan kəslərin əzabları üzərinə fəsad etdiklərinə görə daha bir əzab artıracağıq.
Ən-Nəhl surəsi 88-ci ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 88-ci ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 88-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 88-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 88-ci ayənin təfsiri nədir?
"Kafir olub xalqı Allahın yolundan çəkindirənlərin davamlı fəsadlarına cəza olaraq əzablarına əzab artırarıq.”NÖQTƏLƏRİnsanlar Allahın yoluna fərqli reaksiya göstərirlər. Bu münasibətin dərəcələri, mərhələləri var.a) Müsbət reaksiyalar:- bir qrup insan Allah yolunu anlamaq və bu yolda addım atmaq intizarındadır.- bir qrup insan Allaha xatir hicrət edir.- bəziləri Allah yolunda olduğu üçün mühasirəyə alınır.- bir qrup insan Allah yolunda əzab-əziyyətə dözür.- bəziləri başqalarını Allah yoluna dəv...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.