Ən-Nəhl surəsi · 9-cu ayə

Və (əqidə, nəfsin adətləri və əməllərin) düzgün yol(unu göstərmək) Allahın öhdəsinədir və yollardan bəzisi əyridir. Əgər istəsəydi sizin hamınızı (məcburi surətdə) hidayət edərdi (lakin din yolunu seçməkdə məcburiyyət yoxdur).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 9
MÖHSÜN QƏRAƏTİ 16.12.2025
"Orta yol (doğru yolu göstərmək) Allahın öhdəsinədir. Əyri yollar da var. Allah istəsə hamınızı (məcburi şəkildə) doğru yola yönəldər. (Amma məcburi işin faydası yoxdur. Allahın sünnəsi, qanunu insanları azad buraxmaqdır.)
Nöqtələr
Xalqın tərbiyəsi və hidayəti Allahın Özü üçün vacib saydığı işlərdəndir.
"Qəsd” dedikdə orta hədd nəzərdə tutulur. "Qəsdus-səbil” dedikdə isə orta, doğru yol mənası başa düşülür. Loğman öz oğluna orta yerişi tövsiyə edir.
Bildirişlər
1. Maddi nemətlərlə yanaşı ən mühüm mənəvi nemət olan hidayətə diqqət yetirək.
2. Allah yalnız doğru yola yönəldir. Əyri yollar isə bizim öz seçimimizdir.
3. Allah insanların məcburi surətdə iman gətirməsini istəmir. Əgər Allah istəsəydi, hamını məcburi şəkildə hidayət edərdi. Demək, xalqın bir hissəsinin yolunu azması Allahın iradəsi üzərində qələbə və ya Onun acizliyi sayılmamalıdır.
4. Allah insanı yol seçimində azad buraxmışdır.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 9-cu ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 9-cu ayəsi nə haqqındadır?
Və (əqidə, nəfsin adətləri və əməllərin) düzgün yol(unu göstərmək) Allahın öhdəsinədir və yollardan bəzisi əyridir. Əgər istəsəydi sizin hamınızı (məcburi surətdə) hidayət edərdi (lakin din yolunu seçməkdə məcburiyyət yoxdur).
Ən-Nəhl surəsi 9-cu ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 9-cu ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 9-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 9-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 9-cu ayənin təfsiri nədir?
"Orta yol (doğru yolu göstərmək) Allahın öhdəsinədir. Əyri yollar da var. Allah istəsə hamınızı (məcburi şəkildə) doğru yola yönəldər. (Amma məcburi işin faydası yoxdur. Allahın sünnəsi, qanunu insanları azad buraxmaqdır.)NöqtələrXalqın tərbiyəsi və hidayəti Allahın Özü üçün vacib saydığı işlərdəndir."Qəsd” dedikdə orta hədd nəzərdə tutulur. "Qəsdus-səbil” dedikdə isə orta, doğru yol mənası başa düşülür. Loğman öz oğluna orta yerişi tövsiyə edir.Bildirişlər1. Maddi nemətlərlə yanaşı ən mühüm mən...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.