Ən-Nəhl surəsi · 91-ci ayə

Allahla əhd-peyman bağladığınız zaman öz peymanınıza vəfalı olun və öz andlarınızı onları möhkəmlətdikdən sonra (Allahın adını çəkməklə) Allahı özünüzə zamin götürdüyünüz halda pozmayın. Şübhəsiz, Allah etdiklərinizi bilir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 91
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"Allahla əhd bağlayanda ona vəfa qılın. Möhkəm and içdikdən sonra onu pozmayın. Çünki Allahı özünüzə vəkil seçmisiniz. Həqiqətən, Allah gördüyünüz işlərdən xəbərdardır.”
Nöqtələr
Rəvayətlərdə ayədəki peyman (əhd) sözü xalqın ilahi rəhbərlə əhdi kimi izah olunur.
Xalq öz əhdinə vəfa qılsa, Allah vəd etdiyi lütfünü həyata keçirər.
Bildirişlər
1. İlahi əhd və andlara vəfa qılmaq lazımdır.
2. And və əhdə əməl etmək lazımdır ki, işdə ciddi məqsəd olsun. "Maidə” surəsinin 89-cu ayəsində bildirilir ki, Allah insanı mənasız, boş andlara görə cəzalandırmaz.
3. İnsanlar anlasa da, anlamasa da, Allah insanın əhdi pozmasından xəbər tutur və onu cəzalandırır.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 91-ci ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 91-ci ayəsi nə haqqındadır?
Allahla əhd-peyman bağladığınız zaman öz peymanınıza vəfalı olun və öz andlarınızı onları möhkəmlətdikdən sonra (Allahın adını çəkməklə) Allahı özünüzə zamin götürdüyünüz halda pozmayın. Şübhəsiz, Allah etdiklərinizi bilir.
Ən-Nəhl surəsi 91-ci ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 91-ci ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 91-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 91-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 91-ci ayənin təfsiri nədir?
"Allahla əhd bağlayanda ona vəfa qılın. Möhkəm and içdikdən sonra onu pozmayın. Çünki Allahı özünüzə vəkil seçmisiniz. Həqiqətən, Allah gördüyünüz işlərdən xəbərdardır.”NöqtələrRəvayətlərdə ayədəki peyman (əhd) sözü xalqın ilahi rəhbərlə əhdi kimi izah olunur.Xalq öz əhdinə vəfa qılsa, Allah vəd etdiyi lütfünü həyata keçirər.Bildirişlər1. İlahi əhd və andlara vəfa qılmaq lazımdır.2. And və əhdə əməl etmək lazımdır ki, işdə ciddi məqsəd olsun. "Maidə” surəsinin 89-cu ayəsində bildirilir ki, Allah...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.