Ən-Nəhl surəsi · 92-ci ayə

Və öz ipini əyirdikdən və möhkəmləndirdikdən sonra açıb bir-birindən ayıran o (yelbeyin) qadın kimi olmayın ki, andlarınızı bir dəstənin (digər) bir dəstədən artıq və imkanlı olmasına xatir öz aranızda hiylə və fəsad vasitəsi edəsiniz (məsələn müsəlmanlara kömək etmək üçün and içəsiniz və müşriklər onlardan üstün olduqlarına görə onu pozasınız). Əslində Allah sizi bu barədə sınayır və şübhəsiz, Qiyamət günü, barəsində ixtilaf etdiyiniz şeyi sizin üçün aydınlaşdıracaqdır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 92
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"Toxuduğunu bərkitdikdən sonra tikə-tikə doğrayan qadın kimi olmayın. Bir dəstəni o birisindən çox bilib öz andlarınızı aranızda (yalan və xəyanət üçün) alət edirsiniz. (Zəif dəstə ilə bağladığınız əhdi pozursunuz.) Allah sizi həmin andlarla sınağa çəkər. Şübhəsiz, ixtilafda olduğunuz məsələləri Qiyamətdə sizin üçün aydınlaşdıracaq.”
Nöqtələr
Ağılsız bir qadının günün birinci yarısında toxuduqlarını günün ikinci yarısında sökməsi el məsəlidir. Quran da zəhmətini hədərə verən, əhdi pozan insana münasibətdə bu məsəli çəkir.
Fatimeyi-Zəhra (s) Mədinə məscidində dövrün hakimlərinə qarşı oxuduğu xütbədə bu ayəni tilavət etdi və Qədiri-Xumda həzrət Əli (ə) ilə əhd bağlayanları toxuduğunu sökən qadına oxşatdı.
Qurandakı məsəllər bütün məkanlarda və zamanlarda aktualdır. İstər məktəbli uşaq, istər filosof bu məsəlləri anlayır.
"Ən təkunə ummətun hiyə ərba min ummətin” cümləsi iki cür təfsir oluna bilər:
a) Bir dəstənin güc və çoxluğuna görə kiçik dəstə ilə bağladığınız əhdi pozmayın.
b) Qüdrətə çatdığınız vaxt kiçik dəstə ilə əhdinizi pozmayın.
Bildirişlər
1. Əhdi pozmaq ötən zəhmətləri hədərə verməkdir.
2. Peyman nə qədər möhkəm bağlanarsa, onu pozmaq bir o qədər çirkin olur.
3. Ardıcıl şəkildə əhdi pozmağın bir çox sıxıntıları var.
4. Müqəddəsliklərlə oyun oynamayın. (Müqəddəslikləri alətə çevirməyin.)
5. Qüdrət, çoxluq və siyasi-ictimai hay-küylər əhdin pozulması üçün zəmindir.
6. Əhdə vəfa sınaq vasitələrindəndir.
7. Məadın xatırlanması təqva və əhdə vəfa amilidir.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 92-ci ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 92-ci ayəsi nə haqqındadır?
Və öz ipini əyirdikdən və möhkəmləndirdikdən sonra açıb bir-birindən ayıran o (yelbeyin) qadın kimi olmayın ki, andlarınızı bir dəstənin (digər) bir dəstədən artıq və imkanlı olmasına xatir öz aranızda hiylə və fəsad vasitəsi edəsiniz (məsələn müsəlmanlara kömək etmək üçün and içəsiniz və müşriklər onlardan üstün olduq...
Ən-Nəhl surəsi 92-ci ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 92-ci ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 92-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 92-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 92-ci ayənin təfsiri nədir?
"Toxuduğunu bərkitdikdən sonra tikə-tikə doğrayan qadın kimi olmayın. Bir dəstəni o birisindən çox bilib öz andlarınızı aranızda (yalan və xəyanət üçün) alət edirsiniz. (Zəif dəstə ilə bağladığınız əhdi pozursunuz.) Allah sizi həmin andlarla sınağa çəkər. Şübhəsiz, ixtilafda olduğunuz məsələləri Qiyamətdə sizin üçün aydınlaşdıracaq.”NöqtələrAğılsız bir qadının günün birinci yarısında toxuduqlarını günün ikinci yarısında sökməsi el məsəlidir. Quran da zəhmətini hədərə verən, əhdi pozan insana mün...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.