Ən-Nəhl surəsi · 93-cü ayə

Əgər Allah istəsəydi, şübhəsiz, sizin hamınızı (məcburi surətdə) bir ümmət edərdi. Və lakin (öz cari qanunu əsasında, hamını din seçməkdə azad qoyur və sonra) istədiyini (Onun dinini qəbul etməyən şəxsi) öz azğınlığında boşlayır və istədiyini (Onun dinini qəbul edəni) hidayət edir. Və siz əməlləriniz barəsində mütləq sorğu-sual ediləcəksiniz.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 93
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"Əgər Allah istəsəydi (hamını məcburi şəkildə) vahid bir ümmət edərdi. Allah istədiyini azdırar (özbaşına buraxar), istədiyini (layiq olanı) hidayət edər. Şübhəsiz, gördüyünüz işlər haqqında sorğuya çəkiləcəksiniz.”
Nöqtələr
Allah bütün insanları fitri olaraq hidayət edir. Amma insanlar öz istəkləri ilə iki dəstəyə ayrılırlar. Bir dəstə ağıl və fitrətinin ziddinə gedərək azğınlıq yolunu tutur və tövbə etmir. Allah belələrini özbaşına buraxır. Başqa bir dəstə fitrət və itaət yolunu seçir. Allah belələrinə yardım göstərir, onları hidayət edir. Demək, Allahın doğru yola çəkməsi və ya azdırması seçim mərhələsindən sonra gəlir. Məsələn, müəllim tədrisin ilk günündə sinifdəki bütün şagirdləri öyrətmək istəyir. Amma şagirdlər arasında bir qrupu daha çox çalışır və müəllim onlara xüsusi vaxt ayırır. Çalışmayan şagird müəllimin diqqətindən kənarda qalır. Əgər insanın hidayət və ya azğınlığı öz seçimi əsasında baş verməsəydi, Allah sorğu-sual aparmazdı. Allahın sorğu-sualı insanın azad şəkildə yol seçdiyini göstərir. Bir işə məcbur edilmiş insan isə sorğuya çəkilmir.
Bildirişlər
1. Əlbəttə ki, Allah insanları məcbur etməyə qadirdir. Amma Allahın qanunu bəndələrini azad buraxmaqdır.
2. İnsan əqidə və yol seçimində azad buraxılmışdır.
3. Qiyamət sorğu-sualına ciddi yanaşın.
4. İnsandan bütün işləri haqqında soruşular.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 93-cü ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 93-cü ayəsi nə haqqındadır?
Əgər Allah istəsəydi, şübhəsiz, sizin hamınızı (məcburi surətdə) bir ümmət edərdi. Və lakin (öz cari qanunu əsasında, hamını din seçməkdə azad qoyur və sonra) istədiyini (Onun dinini qəbul etməyən şəxsi) öz azğınlığında boşlayır və istədiyini (Onun dinini qəbul edəni) hidayət edir. Və siz əməlləriniz barəsində mütləq s...
Ən-Nəhl surəsi 93-cü ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 93-cü ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 93-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 93-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 93-cü ayənin təfsiri nədir?
"Əgər Allah istəsəydi (hamını məcburi şəkildə) vahid bir ümmət edərdi. Allah istədiyini azdırar (özbaşına buraxar), istədiyini (layiq olanı) hidayət edər. Şübhəsiz, gördüyünüz işlər haqqında sorğuya çəkiləcəksiniz.”NöqtələrAllah bütün insanları fitri olaraq hidayət edir. Amma insanlar öz istəkləri ilə iki dəstəyə ayrılırlar. Bir dəstə ağıl və fitrətinin ziddinə gedərək azğınlıq yolunu tutur və tövbə etmir. Allah belələrini özbaşına buraxır. Başqa bir dəstə fitrət və itaət yolunu seçir. Allah bel...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.