Ən-Nəhl surəsi · 94-cü ayə

Andlarınızı öz aranızda fəsad və hiylə alətinə çevirməyin ki, məbada (sizin İslam və əməl yolundakı) qədəm(iniz) möhkəmləndikdən sonra titrəsin və Allah yolundan qaldığınıza, ya (başqalarını) Allah yolundan saxladığınıza görə (dünya) əzabını dadasınız və (axirətdə) sizin üçün böyük bir əzab olar.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 94
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"Andlarınızı bir-birinizi aldatmaq üçün vasitə etməyin. Məbada möhkəmlənmiş addım büdrəyə. (Bu halda and və əhdin müqəddəsliyi itir.) Xalqı Allahın yolundan döndərdiyiniz üçün pisliyi dadacaqsınız. Sizin üçün böyük əzab var.”
Nöqtələr
"Sədəttum” dedikdə (Rağibin nəzərincə) həm geri qalmaq, həm də başqalarını geridə saxlamaq nəzərdə tutulur. "Dəxələ” sözü "dəğələ” vəznində və mənasındadır.
Bildirişlər
1. Təhlükə ciddiləşdikdə tövsiyələrinizi verin, qadağalarınızı təkrarlayın. (91-ci ayədə də anddan sui-istifadə qadağan olunur.)
2. Əhdi pozmaq və müqəddəsliklərdən sui-istifadə etmək pis aqibət səbəbidir.
3. Bəzən bir günah başqa bir günahlar üçün zəmin olur. (Əhdə vəfasızlıq pis aqibətlə nəticələnir, o da öz növbəsində insanın azması və başqalarını azdırması üçün müqəddimə olur.)

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 94-cü ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 94-cü ayəsi nə haqqındadır?
Andlarınızı öz aranızda fəsad və hiylə alətinə çevirməyin ki, məbada (sizin İslam və əməl yolundakı) qədəm(iniz) möhkəmləndikdən sonra titrəsin və Allah yolundan qaldığınıza, ya (başqalarını) Allah yolundan saxladığınıza görə (dünya) əzabını dadasınız və (axirətdə) sizin üçün böyük bir əzab olar.
Ən-Nəhl surəsi 94-cü ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 94-cü ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 94-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 94-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 94-cü ayənin təfsiri nədir?
"Andlarınızı bir-birinizi aldatmaq üçün vasitə etməyin. Məbada möhkəmlənmiş addım büdrəyə. (Bu halda and və əhdin müqəddəsliyi itir.) Xalqı Allahın yolundan döndərdiyiniz üçün pisliyi dadacaqsınız. Sizin üçün böyük əzab var.”Nöqtələr"Sədəttum” dedikdə (Rağibin nəzərincə) həm geri qalmaq, həm də başqalarını geridə saxlamaq nəzərdə tutulur. "Dəxələ” sözü "dəğələ” vəznində və mənasındadır.Bildirişlər1. Təhlükə ciddiləşdikdə tövsiyələrinizi verin, qadağalarınızı təkrarlayın. (91-ci ayədə də anddan s...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.