Ən-Nəhl surəsi · 95-ci ayə

Allahın əhdini ucuz qiymətə satmayın. (Onun əhdlərini pozmaqla dünya malı əldə etməyin.) Həqiqətən, əgər bilsəniz, Allah yanında olan sizin üçün daha yaxşıdır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 95
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"Allahla əhdinizi ucuz qiymətə müamilə etməyin. Çünki Allahın yanında olan sizin üçün daha üstündür. Əgər bilsəydiniz!”
Nöqtələr
91-95-ci ayələrdə əhdi pozmaq və onun acı aqibəti ilə bağlı bir sıra təbirlər nəzərə çarpır. Bütün bunlar əhdə vəfasızlığın təhlükəsini göstərir. Cəmiyyətin çoxluğu və sizin qüdrətiniz əhdə vəfasızlıq üçün bəhanə deyil. Allah sizi sınağa çəkir, Qiyamətdə sorğu-sual olunacaqsınız. Ardıcıl şəkildə əhdi pozmağınız sizi məhv edir. Bu ayədə isə buyurulur ki, Allahla əhdinizi ucuz qiymətə müamilə etməyin.
Bildirişlər
1. İnsanlar dünya ləzzətləri xatirinə əhdi pozurlar.
2. İstənilən bir qiymətə əhdi pozmaq zərərdir.
3. Hər hansı ləzzətə xatir ilahi lütflərdən məhrumluq və əhdi pozmaq sadəlövhlükdür.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 95-ci ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 95-ci ayəsi nə haqqındadır?
Allahın əhdini ucuz qiymətə satmayın. (Onun əhdlərini pozmaqla dünya malı əldə etməyin.) Həqiqətən, əgər bilsəniz, Allah yanında olan sizin üçün daha yaxşıdır.
Ən-Nəhl surəsi 95-ci ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 95-ci ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 95-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 95-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 95-ci ayənin təfsiri nədir?
"Allahla əhdinizi ucuz qiymətə müamilə etməyin. Çünki Allahın yanında olan sizin üçün daha üstündür. Əgər bilsəydiniz!”Nöqtələr91-95-ci ayələrdə əhdi pozmaq və onun acı aqibəti ilə bağlı bir sıra təbirlər nəzərə çarpır. Bütün bunlar əhdə vəfasızlığın təhlükəsini göstərir. Cəmiyyətin çoxluğu və sizin qüdrətiniz əhdə vəfasızlıq üçün bəhanə deyil. Allah sizi sınağa çəkir, Qiyamətdə sorğu-sual olunacaqsınız. Ardıcıl şəkildə əhdi pozmağınız sizi məhv edir. Bu ayədə isə buyurulur ki, Allahla əhdinizi ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.