Ən-Nəhl surəsi · 97-ci ayə

Hər kim H kişi yaxud qadın imanı olan halda yaxşı iş görsə, onu şübhəsiz, (dünyada) pak bir həyatla yaşadacaq və (axirətdə) mükafatlarını çox gözəl olan əməllərinin müqabilində verəcəyik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 97
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"Kişi, ya qadın – istənilən bir kəs mömin olsa və saleh iş görsə, onu hökmən pak və bəyənilmiş bir həyatla dirildərik. Ona, şübhəsiz, gördüyü işdən üstün muzd verəcəyik.”
Nöqtələr
"Həyatən təyyibə”, yəni pak həyat dedikdə insanın aram qəlb və mömin ruha malik olması nəzərdə tutulur. Mömin ilahi nurla görər, mələklərin duasına nail olar, Allah tərəfindən təsdiqlənər. Bu zümrədən olanlar qorxu və kədər bilməzlər.
Bildirişlər
1. İnsana mükafat verilərkən onun yaşı, milliyyəti, cinsi, ictimai-siyasi mövqeyi əsas götürülməz.
2. Qadın və kişi mənəvi kamillik əldə etməkdə bərabərdirlər.
3. İman saleh əməlin qəbul şərtidir.
4. Heç bir saleh əməl cavabsız qalmaz.
5. Harada qadını alçaq sayan cahil təfəkkür meydana çıxsa, qadının adı və məqamını aşkar şəkildə bəyan etmək lazımdır.
6. İnsanın təkcə əməli yox, həm də özü yaxşı olmalıdır.
7. İman və saleh əməli olmayan insan ölü kimidir.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 97-ci ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 97-ci ayəsi nə haqqındadır?
Hər kim H kişi yaxud qadın imanı olan halda yaxşı iş görsə, onu şübhəsiz, (dünyada) pak bir həyatla yaşadacaq və (axirətdə) mükafatlarını çox gözəl olan əməllərinin müqabilində verəcəyik.
Ən-Nəhl surəsi 97-ci ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 97-ci ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 97-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 97-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 97-ci ayənin təfsiri nədir?
"Kişi, ya qadın – istənilən bir kəs mömin olsa və saleh iş görsə, onu hökmən pak və bəyənilmiş bir həyatla dirildərik. Ona, şübhəsiz, gördüyü işdən üstün muzd verəcəyik.”Nöqtələr"Həyatən təyyibə”, yəni pak həyat dedikdə insanın aram qəlb və mömin ruha malik olması nəzərdə tutulur. Mömin ilahi nurla görər, mələklərin duasına nail olar, Allah tərəfindən təsdiqlənər. Bu zümrədən olanlar qorxu və kədər bilməzlər.Bildirişlər1. İnsana mükafat verilərkən onun yaşı, milliyyəti, cinsi, ictimai-siyasi möv...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.