Ən-Nisa surəsi · 100-cu ayə

Kim Allah yolunda (cihad etmək, yaxud dini elm öyrənmək və ya lazım olan dünya malı üçün) hicrət etsə, (öz din işlərini təmin edə bilməsi üçün) yer üzündə ürəyi istəyən qədər çoxlu və geniş sığınacaq tapacaqdır. Kim öz evindən Allaha və Onun peyğəmbərinə tərəf hicrət etmək niyyəti ilə çıxsa, sonra ölüm onu haqlasa, həqiqətən, onun mükafatı Allahın öhdəsinədir. Allah həmişə çox bağışlayan və mehribandır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 100
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

"Hər kəs Allah yolunda hicrət etsə, yer üzündə çoxlu və geniş sığınacaqlar tapar. Hər kəs hicrət edərək evindən çıxıb Allaha və Onun peyğəmbərinə üz tutsa, sonra onu ölüm yaxalasa, hökmən mükafatı Allahın öhdəsinədir. Allah bağışlayan və mehribandır.”

 

Nöqtələr
Məkkə müsəlmanlarından biri xəstələnmişdi. O dedi: «Məni Məkkədən bayıra çıxarın ki, hicrət edənlərdən sayılım.» Onu şəhərdən çıxararkən yolda keçindi. Sonra bu ayə nazil oldu.
Cihad, təhsil, təbliğ üçün hicrətlər kimi müqəddəs hicrətlər bu ayənin nümunəsidir.
İmam Sadiq (ə) buyurmuşdur: "Bir şəxs imam Mehdini (ə) tanımaq üçün evdən və şəhərdən xaric olsa, amma əcəl ona möhlət verməsə, həmin bu ayənin nümunəsi olar.”("Kafi”, c. 1, s. 378. )
Bildirişlər
1. Hicrət genişlik və artım zəminəsi yaradır. "Kim düşməsə izinə, çətin tapa xəzinə.”
2. Biz nəticə gözləmədən vəzifəmizi yerinə yetirməliyik. Əsas məsələ məqsədə çatmaq yox, evdən çıxmaqdır.
3. Allahın və Onun rəsulunun yolunu gedin. Ölüm və həyatdan ötrü nigaran olmayın.
4. Hicrət edənin mükafatı Allah tərəfindəndir. Bu, behiştdən də yuxarı bir mükafatdır.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 100-cu ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 100-cu ayəsi nə haqqındadır?
Kim Allah yolunda (cihad etmək, yaxud dini elm öyrənmək və ya lazım olan dünya malı üçün) hicrət etsə, (öz din işlərini təmin edə bilməsi üçün) yer üzündə ürəyi istəyən qədər çoxlu və geniş sığınacaq tapacaqdır. Kim öz evindən Allaha və Onun peyğəmbərinə tərəf hicrət etmək niyyəti ilə çıxsa, sonra ölüm onu haqlasa, həq...
Ən-Nisa surəsi 100-cu ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 100-cu ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 100-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 100-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 100-cu ayənin təfsiri nədir?
"Hər kəs Allah yolunda hicrət etsə, yer üzündə çoxlu və geniş sığınacaqlar tapar. Hər kəs hicrət edərək evindən çıxıb Allaha və Onun peyğəmbərinə üz tutsa, sonra onu ölüm yaxalasa, hökmən mükafatı Allahın öhdəsinədir. Allah bağışlayan və mehribandır.”   Nöqtələr Məkkə müsəlmanlarından biri xəstələnmişdi. O dedi: «Məni Məkkədən bayıra çıxarın ki, hicrət edənlərdən sayılım.» Onu şəhərdən çıxararkən yolda keçindi. Sonra bu ayə nazil oldu. Cihad, təhsil, təbliğ üçün hicrətlər kimi müqəddəs hicrətlər...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.