Ən-Nisa surəsi · 110-cu ayə

Hər kim pis bir iş görsə, yaxud özünə zülm etsə (özünə və ya başqasına zülm etsə, yaxud etiqad və ya əməldə günah etsə), sonra Allahdan bağışlanmaq diləsə, Allahın bağışlayan və mehriban olduğunu görər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 110
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Hər kəs pislik etsə, ya özünə sitəm qılsa, sonra Allahdan bağışlanma diləsə, Allahın bağışlayan və mehriban olduğunu görəcək.”
Nöqtələr
Əvvəlki ayədə xain hədələnirdisə, bu ayədə onun üçün tövbə qapısı açılır.
«Su» ("pis”) sözü həm də başqalarına zərər vurmaq mənasını bildirir. Demək, ayədə həm xalqa zülm, həm də insanın özünə zülmü bəyan olunur. Bəziləri «su» sözünün kiçik günaha, "nəfsə zülm” təbirinin böyük günaha aid olduğunu bildirirlər.("Təfsire-Rahnüma”. )
Bildirişlər
1. İnsan özünə də zülm edə bilməz. Günah əslində insanın özünə zülm etməsidir.
2. Xatakarlar üçün geri dönüş yolu var.
3. Bəndənin istiğfarı ilə Allahın bağışlaması arasında fasilə yoxdur.
4. Həqiqi tövbə o qədər şirindir ki, insan ilahi rəhməti öz qəlbində hiss edir.
5. Allah təkcə pislikləri bağışlamır, O, həm də mehribandır.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 110-cu ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 110-cu ayəsi nə haqqındadır?
Hər kim pis bir iş görsə, yaxud özünə zülm etsə (özünə və ya başqasına zülm etsə, yaxud etiqad və ya əməldə günah etsə), sonra Allahdan bağışlanmaq diləsə, Allahın bağışlayan və mehriban olduğunu görər.
Ən-Nisa surəsi 110-cu ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 110-cu ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 110-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 110-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 110-cu ayənin təfsiri nədir?
"Hər kəs pislik etsə, ya özünə sitəm qılsa, sonra Allahdan bağışlanma diləsə, Allahın bağışlayan və mehriban olduğunu görəcək.” Nöqtələr Əvvəlki ayədə xain hədələnirdisə, bu ayədə onun üçün tövbə qapısı açılır. «Su» ("pis”) sözü həm də başqalarına zərər vurmaq mənasını bildirir. Demək, ayədə həm xalqa zülm, həm də insanın özünə zülmü bəyan olunur. Bəziləri «su» sözünün kiçik günaha, "nəfsə zülm” təbirinin böyük günaha aid olduğunu bildirirlər.("Təfsire-Rahnüma”. ) Bildirişlər 1. İnsan özünə də z...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.