Ən-Nisa surəsi · 112-cü ayə

Kim (səhvən və ya bilərəkdən, yaxud fərdi və ya ictimai) bir günah etsə, sonra onu günahsız bir şəxsə nisbət versə, şübhəsiz, boynuna (başqalarına töhmət vurmaqda) böhtan və aşkar bir günah götürmüşdür.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 112
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Hər kəs xata və ya günaha yol versə, sonra bunu gxünahsız bir şəxsin boynuna atsa, şübhəsiz ki, böhtan və aşkar günah yükünü çiyninə almışdır.”
Nöqtələr
"Xata” sözü büdrəmə mənasını bildirir. Bu həm bilərəkdən, həm də bilməyərəkdən ola bilər. "İsm” ("اثم”) isə bilərəkdən baş verən günahı ifadə edir.
Böhtan imanın, ədalətin, etimadın puç olmasına gətirən böyük günahlardandır. Böhtan axirət əzabı səbəbidir. İmam Sadiq (ə) buyurmuşdur: "Günahsıza böhtan əzəmətli dağlardan ağırdır.”("Səfinətul-bihar”, "boht” maddəsi; "Kafi”, c. 2, «Töhmət» babı. )
Böhtan elə bir yalana deyilir ki, bunu eşidən insan heyrətə gəlir.
İmam Sadiq (ə) buyurmuşdur: "Qeybət odur ki, din qardaşının Allah tərəfindən örtülmüş eybini açasan. Amma onda olmayan bir şeyi dilə gətirmək böhtandır.”("Vəsail”, c. 13, s. 286. )
Bildirişlər
1. Böhtan xalqın abır-həyasına atılmış oxdur.
2. İstənilən bir millətdən, istənilən bir dindən, istənilən bir yaşda, istənilən bir şəraitdə olan günahsız insana böhtan deyilməsi haramdır.
3. Böhtan atan şəxs çiyninə ağır bir günah yükü götürmüşdür. ("Buhtanən və ismən” sözlərindəki "tənvin” günahın böyüklüyünü göstərir.)

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 112-cü ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 112-cü ayəsi nə haqqındadır?
Kim (səhvən və ya bilərəkdən, yaxud fərdi və ya ictimai) bir günah etsə, sonra onu günahsız bir şəxsə nisbət versə, şübhəsiz, boynuna (başqalarına töhmət vurmaqda) böhtan və aşkar bir günah götürmüşdür.
Ən-Nisa surəsi 112-cü ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 112-cü ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 112-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 112-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 112-cü ayənin təfsiri nədir?
"Hər kəs xata və ya günaha yol versə, sonra bunu gxünahsız bir şəxsin boynuna atsa, şübhəsiz ki, böhtan və aşkar günah yükünü çiyninə almışdır.” Nöqtələr "Xata” sözü büdrəmə mənasını bildirir. Bu həm bilərəkdən, həm də bilməyərəkdən ola bilər. "İsm” ("اثم”) isə bilərəkdən baş verən günahı ifadə edir. Böhtan imanın, ədalətin, etimadın puç olmasına gətirən böyük günahlardandır. Böhtan axirət əzabı səbəbidir. İmam Sadiq (ə) buyurmuşdur: "Günahsıza böhtan əzəmətli dağlardan ağırdır.”("Səfinətul-biha...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.