Ən-Nisa surəsi · 116-cı ayə

Şübhəsiz, Allah Ona şərik qoşulmasını (bu günahı, tövbəsiz) bağışlamaz və ondan başqasını (ondan başqa və ya aşağı günahları) istədiyi şəxs üçün (bəzi şərtlərlə, hətta tövbəsiz belə,) bağışlayar. Allaha şərik qoşan kəs, həqiqətən uzun-uzadı bir azğınlığa düşmüşdür.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 116
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Həqiqətən, Allah Ona şərik qoşulmasından (tövbəsiz) keçmir. Amma bundan aşağı və azını istədiyi kəsə bağışlayır. Allaha şərik qoşan hər kəs, şübhəsiz, azmışdır. Uzun-uzadı bir azğınlıq!”
Nöqtələr
Bu ayə azca fərqlə hazırkı surənin 48-ci ayəsində bəyan olunmuşdur. Bəli, hidayət və tərbiyədə təkrar zəruridir.
Dərin ruhi xəstəlik olan şirkin kökü kəsilməyincə saleh əməllərin və əxlaqın faydası yoxdur. Tövbə şirkin dərmanıdır. Müşrik ilahi əfv və rəhmətə çatmaq üçün şirk dairəsini tərk etməlidir.
Bu ayə Quranın ən ümidverici ayələrindəndir.("Təfsire-Ətyəbul-Bəyan”.  )
Bildirişlər
1. Allahın rəsulu ilə müxalifətçilik, müsəlmanların vəhdətinin pozulması (əvvəlki ayədə bu məsələyə işarə olundu) şirkin bir növüdür.
2. Şirk bağışlanmayan ən böyük günahdır.
3. İnsan Allahın bağışlamasına münasibətdə qorxu və ümid arasında olmalıdır.
4. Şirk hər növ kamaldan uzaqlıq səbəbidir.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 116-cı ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 116-cı ayəsi nə haqqındadır?
Şübhəsiz, Allah Ona şərik qoşulmasını (bu günahı, tövbəsiz) bağışlamaz və ondan başqasını (ondan başqa və ya aşağı günahları) istədiyi şəxs üçün (bəzi şərtlərlə, hətta tövbəsiz belə,) bağışlayar. Allaha şərik qoşan kəs, həqiqətən uzun-uzadı bir azğınlığa düşmüşdür.
Ən-Nisa surəsi 116-cı ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 116-cı ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 116-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 116-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 116-cı ayənin təfsiri nədir?
"Həqiqətən, Allah Ona şərik qoşulmasından (tövbəsiz) keçmir. Amma bundan aşağı və azını istədiyi kəsə bağışlayır. Allaha şərik qoşan hər kəs, şübhəsiz, azmışdır. Uzun-uzadı bir azğınlıq!” Nöqtələr Bu ayə azca fərqlə hazırkı surənin 48-ci ayəsində bəyan olunmuşdur. Bəli, hidayət və tərbiyədə təkrar zəruridir. Dərin ruhi xəstəlik olan şirkin kökü kəsilməyincə saleh əməllərin və əxlaqın faydası yoxdur. Tövbə şirkin dərmanıdır. Müşrik ilahi əfv və rəhmətə çatmaq üçün şirk dairəsini tərk etməlidir. B...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.