Ən-Nisa surəsi · 122-ci ayə

İman gətirib yaxşı işlər görənləri tezliklə (ev və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edəcəyik (və onlar) orada əbədi qalacaqlar. (Bu,) Allahın verdiyi haqq bir vəddir. Allahdan daha doğru danışan kimdir?!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 122
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"İman gətirib saleh iş görən kəslər tezliklə altından çaylar axan bağlara daxil edilərlər. Həmişə orada olarlar. Allahın vədi haqdır. Sözdə Allahdan düzü kimdir?!”
Bildirişlər
1. İman əməldən ayrı deyil.
2. Əgər bütün əməllər saleh olarsa, səmərə verər. "Əssalihat” sözünün "əlif” və "lam”la gəlməsi bütün xeyir işlərin nəzərdə tutulduğunu göstərir.
3. Hədələmə ilə yanaşı təşviq Quranın tərbiyəvi üsullarındandır. (Əvvəlki ayədə hədə vardısa, bu ayədə təşviq var.)
4. Allahın vədi Onun qadir və ehtiyacsız, müqəddəs zatındandır. Başqalarının vədləri isə ya cəhalət və ehtiyacdan, ya da acizlik və zəiflikdəndir.
5. Dünya ləzzətlərində onları itirmək qorxusu var. Behişt nemətləri isə əbədidir.
6. Şeytanın yalan vədləri ilə Allahın haqq vədlərini müqayisə edib ilahi vədlərə könül verək.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 122-ci ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 122-ci ayəsi nə haqqındadır?
İman gətirib yaxşı işlər görənləri tezliklə (ev və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edəcəyik (və onlar) orada əbədi qalacaqlar. (Bu,) Allahın verdiyi haqq bir vəddir. Allahdan daha doğru danışan kimdir?!
Ən-Nisa surəsi 122-ci ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 122-ci ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 122-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 122-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 122-ci ayənin təfsiri nədir?
"İman gətirib saleh iş görən kəslər tezliklə altından çaylar axan bağlara daxil edilərlər. Həmişə orada olarlar. Allahın vədi haqdır. Sözdə Allahdan düzü kimdir?!” Bildirişlər 1. İman əməldən ayrı deyil. 2. Əgər bütün əməllər saleh olarsa, səmərə verər. "Əssalihat” sözünün "əlif” və "lam”la gəlməsi bütün xeyir işlərin nəzərdə tutulduğunu göstərir. 3. Hədələmə ilə yanaşı təşviq Quranın tərbiyəvi üsullarındandır. (Əvvəlki ayədə hədə vardısa, bu ayədə təşviq var.) 4. Allahın vədi Onun qadir və ehti...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.