Ən-Nisa surəsi · 123-cü ayə

(Axirətdə mükafat və cəzanın verilməsi) nə (sonuncu peyğəmbərin ümməti olduğunuza görə) sizin arzunuzladır və nə də (ki, özlərini Allahın dostu və övladları hesab edən) kitab əhlinin arzusuyla. Kim pis bir iş görsə, cəzalandırılacaqdır və özü üçün Allahdan başqa bir dost və kömək edən tapmayacaqdır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 123
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Mükafat və üstünlük) sizin və kitab əhlinin arzularından asılı deyil. Kim pislik etsə, cəzalandırılar və özü üçün Allahdan başqa hami və yardımçı tapmaz.”
Nöqtələr
Müsəlmanlar İslam peyğəmbərinin son peyğəmbər olması və özlərinin üstün ümmət olmaları ilə fəxr edirlər.(Bax: "Ale-İmran”, 110. ) Kitab əhli isə öz keçmişi ilə fəxr edib deyir: Qısa bir müddət odda olacağıq.(v)Bu ayə hər iki qrupun düşüncəsini nəzərdən keçirib meyar olaraq əməli önə çəkir.
Əvvəlki iki ayədə arzular şeytandan sayılır. Bu ayədə batil arzular rədd edilir.
"Yuczə bihi” təbiri ya dünya, ya axirət, ya da həm dünya və həm axirət cəzasına aiddir. Rəvayətlərdə möminin günahlarının cəzası kimi dünya və bərzəx çətinlikləri göstərilir.("Təfsire-Ətyəbul-bəyan”. )
Bəzi müsəlmanlar kitab əhli ilə mübahisələrdə peyğəmbərin onlara tərəfdar olmasını gözləyirdilər. Halbuki peyğəmbər üçün əsas məsələ ədalət idi.("Təfsire-Əl-Mizan”. )
Həzrət Peyğəmbər (s) "pislik edənə cəza verilər” buyruğundan qorxuya düşmüş şəxsə buyurdu: "Bədən xəstəlikləri, çətinliklər insanın əməllərinin cəza növüdür.”("Müstədrək”, c. 2, s. 60. )
Bildirişlər
1. Əsassız xəyal və arzulardan çəkinin. Onlar faydasızdır.
2. Hər bir dəstə və zümrədə tamahkar və imtiyaz gözləyən insanlar tapılır.
3. Danışıq və mühakimədə insafa riayət edin. Əgər tənqid edirsinizsə, hamının zəifliyini deyin.
4. Eybdən danışarkən özünüzdən başlayın. "Sizin arzularınız” təbiri "kitab əhlinin arzuları” təbirindən öndə gəlmişdir.
5. Yerli-yerində qətiyyət və puç imtiyaz istəklərinin qarşısında dayanmaq ən üstün tərbiyə metodlarındandır.
6. İslam gerçəkliyə əsaslanır. Fərdlərin xəyalı və istəkləri əsas deyil.
7. Allah adildir. O, əməl əsasında mükafat və cəza verir.
8. Vəhy məktəbində qanun qarşısında hamı bərabərdir. (Ad-sandan sui-istifadə qadağandır.)
9. Əsas məsələ şüar yox, əməldir.
10. Günahkar cəzalandırılarkən müdafiə, şəfaət qadağandır.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 123-cü ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 123-cü ayəsi nə haqqındadır?
(Axirətdə mükafat və cəzanın verilməsi) nə (sonuncu peyğəmbərin ümməti olduğunuza görə) sizin arzunuzladır və nə də (ki, özlərini Allahın dostu və övladları hesab edən) kitab əhlinin arzusuyla. Kim pis bir iş görsə, cəzalandırılacaqdır və özü üçün Allahdan başqa bir dost və kömək edən tapmayacaqdır.
Ən-Nisa surəsi 123-cü ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 123-cü ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 123-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 123-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 123-cü ayənin təfsiri nədir?
"(Mükafat və üstünlük) sizin və kitab əhlinin arzularından asılı deyil. Kim pislik etsə, cəzalandırılar və özü üçün Allahdan başqa hami və yardımçı tapmaz.” Nöqtələr Müsəlmanlar İslam peyğəmbərinin son peyğəmbər olması və özlərinin üstün ümmət olmaları ilə fəxr edirlər.(Bax: "Ale-İmran”, 110. ) Kitab əhli isə öz keçmişi ilə fəxr edib deyir: Qısa bir müddət odda olacağıq.(v)Bu ayə hər iki qrupun düşüncəsini nəzərdən keçirib meyar olaraq əməli önə çəkir. Əvvəlki iki ayədə arzular şeytandan sayılır...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.