Ən-Nisa surəsi · 130-cu ayə

Əgər (təsadüfən) o ikisi (ərlə arvad) bir-birindən ayrılsalar, Allah onların hər birini Öz (rəhmətinin) genişliyi ilə ehtiyacsız edər. Allah həmişə geniş (vücud, qüdrət, elm və rəhmət) və (xilqət və şəriətdə) möhkəm yaradılış sahibidir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 130
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əgər onlar ikisi bir-birindən ayrılsalar, Allah onların hər birini Öz kərəm və vüsətindən ehtiyacsız edər. Allah daim açılış verəndir və hikmət sahibidir.”
Bildirişlər
1. İslamda ailə üçün çıxılmaz vəziyyət yoxdur. (İndiki məsihiliyin ziddinə olaraq.) Əgər əfv, sülh, hədd icrası, xəbərdarlıqlar səmərə verməsə, boşanma var.
2. Ailə həyatında çətinlik yarandıqda məyus olmamalıyıq. Sadəcə, yolu dəyişmək lazımdır.
3. İlk addım islah və təqvadır. Son addım ayrılıq və boşanma!
4. Boşanma heç də həmişə pis deyil. Bəzən çıxış yolu yalnız boşanma olur. Boşanma olmayan yerdə ixtilaflar bəzən intihar və qeyri-şəri əlaqələrlə nəticələnir. Boşanma yeni bir həyatın təşkilinə ümid verir.
5. Allah düyünləri açmağa zamindir.
6. Ailə həyatının vüsəti hərə üçün bir cürdür. Kimi üçün izdivac(Bax: "Nur”, 32. ), kimisi üçün də boşanma çıxış yoludur. Nə izdivacdan, nə də boşanmadan qorxmaq lazım deyil. Vəzifəsinə əməl edən insana Allah ehtiyacsızlıq vəd etmişdir.
7. Ruzi Allahın əlindədir.
8. Boşanmanın qanuniliyi ilahi bir fəzldir və hikmətə əsaslanır.
9. Vüsət və qüdrətdən bəhrələnmə hikmətə əsaslandıqda dəyərli olur. Əks-təqdirdə, uyğun bəhrələnmə təhlükəlidir.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 130-cu ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 130-cu ayəsi nə haqqındadır?
Əgər (təsadüfən) o ikisi (ərlə arvad) bir-birindən ayrılsalar, Allah onların hər birini Öz (rəhmətinin) genişliyi ilə ehtiyacsız edər. Allah həmişə geniş (vücud, qüdrət, elm və rəhmət) və (xilqət və şəriətdə) möhkəm yaradılış sahibidir.
Ən-Nisa surəsi 130-cu ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 130-cu ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 130-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 130-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 130-cu ayənin təfsiri nədir?
"Əgər onlar ikisi bir-birindən ayrılsalar, Allah onların hər birini Öz kərəm və vüsətindən ehtiyacsız edər. Allah daim açılış verəndir və hikmət sahibidir.” Bildirişlər 1. İslamda ailə üçün çıxılmaz vəziyyət yoxdur. (İndiki məsihiliyin ziddinə olaraq.) Əgər əfv, sülh, hədd icrası, xəbərdarlıqlar səmərə verməsə, boşanma var. 2. Ailə həyatında çətinlik yarandıqda məyus olmamalıyıq. Sadəcə, yolu dəyişmək lazımdır. 3. İlk addım islah və təqvadır. Son addım ayrılıq və boşanma! 4. Boşanma heç də həmiş...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.