Ən-Nisa surəsi · 139-cu ayə

Həmin o kəsləri ki, möminlərin yerinə kafirləri özlərinə başçı, köməkçi və dost tuturlar. (Münafiqlər) izzət və əzəməti onların (kafirlərin) yanında axtarırlar? Belə isə (bilsinlər ki,) həqiqətən bütün izzətlər Allaha məxsusdur.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 139
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Kafirləri möminlərin yerinə rəhbər və dost tutanlar izzəti onlarınmı yanında axtarırlar? Həqiqətən, bütün izzətlər Allahındır.”
Nöqtələr
Bu ayənin kafirləri dost və rəhbər tutmaqdan ibarət məzmunu "Ali-İmran” surəsinin 28-ci ayəsində də bəyan olunmuşdur.
İlkin İslam dövründə münafiqlər Mədinə yəhudiləri və Məkkə müşrikləri ilə əlaqədə idilər. Onlar bu yolla müsəlmanlar məğlub olacağı təqdirdə zərərdən və mövqelərini itirməkdən amanda qalmaq fikrində idilər.
İzzət yalnız Allahın əlindədir. Çünki izzət qaynağı ya elmdir, ya da qüdrət. Allahdan qeyriləri elm və qüdrətdən bəhrəsizdirlər. "Şəbaniyyə” münacatında oxuyuruq: "Pərvərdigara! Mənim artımım və ya zərərim yalnız Sənin əlindədir, bir başqasının yox!”
Bildirişlər
1. Kafirlərə bağlılıqda izzət axtarmaq münafiq sifətidir.
2. Kafirlərin möminlərə rəhbərlik etməyə haqqı yoxdur. Möminlər də kafirlərin hakimiyyət sıxıntısını qəbul etməməlidirlər.
3. Xarici siyasətdə kafir ölkələri ilə rabitəni genişləndirmək əvəzinə, müsəlman ölkələri ilə yaxınlıq fikrində olaq.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 139-cu ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 139-cu ayəsi nə haqqındadır?
Həmin o kəsləri ki, möminlərin yerinə kafirləri özlərinə başçı, köməkçi və dost tuturlar. (Münafiqlər) izzət və əzəməti onların (kafirlərin) yanında axtarırlar? Belə isə (bilsinlər ki,) həqiqətən bütün izzətlər Allaha məxsusdur.
Ən-Nisa surəsi 139-cu ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 139-cu ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 139-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 139-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 139-cu ayənin təfsiri nədir?
"Kafirləri möminlərin yerinə rəhbər və dost tutanlar izzəti onlarınmı yanında axtarırlar? Həqiqətən, bütün izzətlər Allahındır.” Nöqtələr Bu ayənin kafirləri dost və rəhbər tutmaqdan ibarət məzmunu "Ali-İmran” surəsinin 28-ci ayəsində də bəyan olunmuşdur. İlkin İslam dövründə münafiqlər Mədinə yəhudiləri və Məkkə müşrikləri ilə əlaqədə idilər. Onlar bu yolla müsəlmanlar məğlub olacağı təqdirdə zərərdən və mövqelərini itirməkdən amanda qalmaq fikrində idilər. İzzət yalnız Allahın əlindədir. Çünki...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.