Ən-Nisa surəsi · 143-cü ayə

Onlar bu arada (möminlərlə kafirlər arasında, qəlb və ya əməldə) tərəddüddədirlər, nə (birdəfəlik) bunların tərəfindədirlər və nə də (birdəfəlik) onların. Allahın azğınlıqda boşladığı kəs üçün əsla bir yol tapa bilməzsən.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 143
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Münafiqlər) küfrlə iman arasında avaradırlar. Nə bu dəstədəndirlər, nə də o dəstədən. Allahın azdırdığı kəs üçün qurtuluş yolu tapmayacaqsan.”
Nöqtələr
Göydən asılmış vəziyyətdə olan və yerdə heç bir möhkəm dayanacağı olmayan hərəkət "təzəbzub” adlandırılmışdır.
Bildirişlər
1. Münafiqlərin düşüncə və əqidə müstəqillikləri yoxdur. Daim başqalarına bağlı olan, məqsədsiz dolaşan münafiqlər o yan-bu yana vurnuxurlar.
2. Münafiqin rahatlığı yoxdur. Çünki o hər an yeni mövqe tutmalı, tələsik qərara gəlməlidir.
3. Etiqadi mövqe və əqidə məsələlərində qətilik lazımdır.
4. Münafiq Allahın qəhr-qəzəbinə düçardır.
5. Nifaq dərmansız dərddir.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 143-cü ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 143-cü ayəsi nə haqqındadır?
Onlar bu arada (möminlərlə kafirlər arasında, qəlb və ya əməldə) tərəddüddədirlər, nə (birdəfəlik) bunların tərəfindədirlər və nə də (birdəfəlik) onların. Allahın azğınlıqda boşladığı kəs üçün əsla bir yol tapa bilməzsən.
Ən-Nisa surəsi 143-cü ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 143-cü ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 143-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 143-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 143-cü ayənin təfsiri nədir?
"(Münafiqlər) küfrlə iman arasında avaradırlar. Nə bu dəstədəndirlər, nə də o dəstədən. Allahın azdırdığı kəs üçün qurtuluş yolu tapmayacaqsan.” Nöqtələr Göydən asılmış vəziyyətdə olan və yerdə heç bir möhkəm dayanacağı olmayan hərəkət "təzəbzub” adlandırılmışdır. Bildirişlər 1. Münafiqlərin düşüncə və əqidə müstəqillikləri yoxdur. Daim başqalarına bağlı olan, məqsədsiz dolaşan münafiqlər o yan-bu yana vurnuxurlar. 2. Münafiqin rahatlığı yoxdur. Çünki o hər an yeni mövqe tutmalı, tələsik qərara ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.