Ən-Nisa surəsi · 144-cü ayə

Ey iman gətirənlər, möminlərin yerinə kafirləri özünüzə başçı, yardımçı və dost tutmayın! Məgər Allaha öz əleyhinizə (nifaqınıza dəlalət edən) aydın bir sübut və (əzabınıza dair) bir dəlil vermək istəyirsiniz?

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 144
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Ey iman gətirənlər! Möminlərin əvəzinə kafirləri dost və rəhbər seçməyin. Yoxsa Allah üçün öz ziddinizə aşkar dəlil və höccətmi qərar vermək istəyirsiniz?!
Nöqtələr
Möminlərin haqqı yoxdur ki, kafirlərin hakimiyyətini qəbul etsinlər. Münafiqlər isə kafirlərlə sıx rabitədədirlər. Quran kafirləri münafiqlərin şeytanı(Bax: "Bəqərə”, 17. ), münafiqlərin qardaşları(Bax: "Həşr”, 11. ) kimi tanıtdırır. 139 və 141-ci ayələrdə münafiqlərin kafirlərlə rabitələri aşkarlanır.
Bildirişlər
1. Kafirlərin hakimiyyətinin qəbulu imanla uyğun gəlmir. Bir qəlbdə iki sevgi yerləşməz.
2. Təvəlla və təbərra (möminlərlə dostluq və kafirlərdən uzaqlıq) iman şərtidir.
3. Müsəlmanların zərərinə olan bütün münasibətlərdən, dostluqlardan və müqavilələrdən çəkinmək lazımdır.
4. Xarici siyasətdə müsəlmanların kafirlərə təslimçiliyinə aparan bütün siyasi, iqtisadi rabitələr, seçimlər, təyinatlar haramdır.
5. Zilləti qəbul edən müsəlmanın Allah qarşısında cavabı yoxdur.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 144-cü ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 144-cü ayəsi nə haqqındadır?
Ey iman gətirənlər, möminlərin yerinə kafirləri özünüzə başçı, yardımçı və dost tutmayın! Məgər Allaha öz əleyhinizə (nifaqınıza dəlalət edən) aydın bir sübut və (əzabınıza dair) bir dəlil vermək istəyirsiniz?
Ən-Nisa surəsi 144-cü ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 144-cü ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 144-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 144-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 144-cü ayənin təfsiri nədir?
"Ey iman gətirənlər! Möminlərin əvəzinə kafirləri dost və rəhbər seçməyin. Yoxsa Allah üçün öz ziddinizə aşkar dəlil və höccətmi qərar vermək istəyirsiniz?! Nöqtələr Möminlərin haqqı yoxdur ki, kafirlərin hakimiyyətini qəbul etsinlər. Münafiqlər isə kafirlərlə sıx rabitədədirlər. Quran kafirləri münafiqlərin şeytanı(Bax: "Bəqərə”, 17. ), münafiqlərin qardaşları(Bax: "Həşr”, 11. ) kimi tanıtdırır. 139 və 141-ci ayələrdə münafiqlərin kafirlərlə rabitələri aşkarlanır. Bildirişlər 1. Kafirlərin haki...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.