Ən-Nisa surəsi · 146-cı ayə

Tövbə edib (öz vücudlarının cövhərindən və əməllərindən xarab etdiklərini) düzəldənlər, Allahdan (və Onun kitabından) möhkəm yapışanlar və dinlərini Allaha görə xalisləşdirənlər istisna olmaqla ki, onlar möminlərlə birgə olacaqlar. Tezliklə Allah möminlərə böyük bir mükafat verəcəkdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 146
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"O şəxslər istisnadır ki, tövbə etmiş, (keçmişlərini) islah etmiş, Allaha pənah aparmış, ixlasla Allah üçün dinə üz tutmuşlar. Onlar möminlər zümrəsindədirlər. Allah tezliklə möminlərə böyük mükafat verəcək.”
Bildirişlər
1. Tövbə yolu hətta münafiqlər üçün də açıqdır. Tövbə onları cəhənnəmin ən aşağı qatından behiştin ən yuxarı qatına qaldıra bilər.
2. İnsan azaddır və öz istiqamətini agah şəkildə dəyişə bilər.
3. Ən sərt hədələrlə yanaşı xalqa ümid verin.
4. Tövbə təkcə peşmançılığın izharı deyil. Tövbə hərtərəfli yenidənqurmadır.
5. Hər bir günahın tövbəsi bir şəkildədir. Münafiqin tövbəsi baş vermiş təxribatı aradan qaldırmaq, Allahdan qeyrisinə üz tutmaq əvəzində Allaha bağlanmaq və xalislikdir.
6. Əqidə və düşüncədə qatqı qadağandır.
7. Tövbə etmiş münafiqlər öz həmfikirlərindən ayrıldıqda qürbət hiss etməsinlər. Çünki onlar daha üstün dostlar tapmışlar.
8. Möminlər həqiqi tövbəkarları gülər üzlə qarşılayır, onları özlərindən sayırlar.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 146-cı ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 146-cı ayəsi nə haqqındadır?
Tövbə edib (öz vücudlarının cövhərindən və əməllərindən xarab etdiklərini) düzəldənlər, Allahdan (və Onun kitabından) möhkəm yapışanlar və dinlərini Allaha görə xalisləşdirənlər istisna olmaqla ki, onlar möminlərlə birgə olacaqlar. Tezliklə Allah möminlərə böyük bir mükafat verəcəkdir.
Ən-Nisa surəsi 146-cı ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 146-cı ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 146-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 146-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 146-cı ayənin təfsiri nədir?
"O şəxslər istisnadır ki, tövbə etmiş, (keçmişlərini) islah etmiş, Allaha pənah aparmış, ixlasla Allah üçün dinə üz tutmuşlar. Onlar möminlər zümrəsindədirlər. Allah tezliklə möminlərə böyük mükafat verəcək.” Bildirişlər 1. Tövbə yolu hətta münafiqlər üçün də açıqdır. Tövbə onları cəhənnəmin ən aşağı qatından behiştin ən yuxarı qatına qaldıra bilər. 2. İnsan azaddır və öz istiqamətini agah şəkildə dəyişə bilər. 3. Ən sərt hədələrlə yanaşı xalqa ümid verin. 4. Tövbə təkcə peşmançılığın izharı dey...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.