Ən-Nisa surəsi · 154-cü ayə

Tur dağını əhd-peymanlarına görə (Tövratı qəbul və ona əməl etmək barəsində əhd-peyman bağlamaq üçün) onların başı üzərinə qaldırdıq və onlara «bu qapıdan (Beytül-Müqəddəsin qapısından) səcdə edən halda (tam təvazökarlıqla) daxil olun» dedik. Onlara həmçinin «şənbə günü (balıq ovlamağın haramlığı) həddi(ni) aşmayın» dedik Onlardan möhkəm bir əhd-peyman aldıq.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 154
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Biz Tur dağını onlardan (Bəni-İsraildən) əhd almağa xatir başlarının üzərində qərar verdik və onlara dedik: «Səcdə edən halda o qapıdan daxil olun.» Sonra dedik: «Şənbə günü (Allahın hökmlərini) pozmayın.» Onlardan möhkəm əhd aldıq.”
Nöqtələr
Bu ayənin oxşarı "Bəqərə” surəsinin 63 və 93-cü, eləcə də, "Əraf” surəsinin 171-ci ayəsində bəyan olunmuşdur.
«Allahın Bəni-İsraillə əhdi» dedikdə, "Bəqərə” surəsinin 40 və 84-cü, "Maidə” surəsinin 12-ci ayəsində qeyd olunanlar nəzərdə tutulur.
Müqəddəs məkanların xüsusi qaydaları var. Tur dağı, peyğəmbərlərin evləri, məscidlər, Məscidül-Həram, Kəbə haqqında xüsusi göstərişlər verilmişdir.(Bax: "Taha”, 12; "Əhzab”, 53; "Əraf”, 31; "Tövbə”, 28; "Bəqərə”, 125. )
Fiqh kitablarında və hədis mənbələrində məscidlərlə bağlı digər qaydalar da bəyan olunmuşdur.
Bildirişlər
1. Tərbiyə prosesində bəzən qorxudan da istifadə olunur.
2. Tətil və ibadət vaxtında işə məşğul olmaq həddi aşmağın bir növüdür.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 154-cü ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 154-cü ayəsi nə haqqındadır?
Tur dağını əhd-peymanlarına görə (Tövratı qəbul və ona əməl etmək barəsində əhd-peyman bağlamaq üçün) onların başı üzərinə qaldırdıq və onlara «bu qapıdan (Beytül-Müqəddəsin qapısından) səcdə edən halda (tam təvazökarlıqla) daxil olun» dedik. Onlara həmçinin «şənbə günü (balıq ovlamağın haramlığı) həddi(ni) aşmayın» de...
Ən-Nisa surəsi 154-cü ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 154-cü ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 154-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 154-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 154-cü ayənin təfsiri nədir?
"Biz Tur dağını onlardan (Bəni-İsraildən) əhd almağa xatir başlarının üzərində qərar verdik və onlara dedik: «Səcdə edən halda o qapıdan daxil olun.» Sonra dedik: «Şənbə günü (Allahın hökmlərini) pozmayın.» Onlardan möhkəm əhd aldıq.” Nöqtələr Bu ayənin oxşarı "Bəqərə” surəsinin 63 və 93-cü, eləcə də, "Əraf” surəsinin 171-ci ayəsində bəyan olunmuşdur. «Allahın Bəni-İsraillə əhdi» dedikdə, "Bəqərə” surəsinin 40 və 84-cü, "Maidə” surəsinin 12-ci ayəsində qeyd olunanlar nəzərdə tutulur. Müqəddəs mə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.