Ən-Nisa surəsi · 158-ci ayə

əksinə, Allah onu (diri halda və dünyadakı bədəni ilə) Özünə (dərgahına) tərəf qaldırıb. Allah həmişə yenilməz qüdrət və (xilqət və şəriətdə) hikmət sahibidir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 158
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əksinə, Allah onu Özünə tərəf qaldırdı. Allah qüvvət və hikmət sahibidir.”
Nöqtələr
İmam Sadiq (ə) "nə öldürdülər, nə də dardan asdılar, amma işi dolaşıq saldılar” cümləsi haqqında buyurmuşdur: "Həzrət Qaimin (ə) (Mehdinin) qeybi də bu cürdür. Həqiqətən, ümmət onu iş uzun çəkdiyi üçün dolaşıq salır. Bəziləri deyirlər: Qaim doğulmamışdır.” Başqaları deyir: "Doğulmuş və ölmüşdür.” O birilər isə belə deyirlər: "On birinci imamımız sonsuz idi...”(Tusi, "Əl-Qeybət”, s. 170. )
İşin dolaşıq düşməsi amilləri və başqa birinin dara çəkilməsi bu şəkildə baş verdi:
1. Həmin şəxsi həbs edənlər rumlu idilər və İsanı tanımırdılar. (Ehtimal olunur ki, İsaya xəyanət edib onu müxaliflərə tanıtdıran kəs özü İsanın şəklinə düşdü və həbs edildi.)
2. İsanın tutulması əməliyyatı gecə keçirildi. Tutulmuş şəxs Allahdan şikayət etdi. Allahdan şikayət peyğəmbərlik məqamına uyuşmayan sifətdir.
4. İsanın həbsi və dara çəkilməsini xəbər verən bütün İncillər İsadan çox-çox sonra yazılmışdır. Bu kitablarda bir çox xatalar ola bilər.
5. Məsihilərin bir dəstəsi İsanın dara çəkilməsini qəbul etmir. Müxtəlif İncillərdə bu mövzuda ziddiyyətlər var və bu ziddiyyətlər mövzunu şübhəli göstərir.
Bildirişlər
1. İnsan əxlaqi baxımdan o qədər süqut edə bilər ki, peyğəmbəri öldürməklə fəxr edər.
2. Batil iddialar qarşısında qətilik lazımdır.
3. İsanın həm doğuşu, həm dünyadan gedişi qeyri-təbii şəkildə baş vermişdir. Onun gedişi gələcək üçün ehtiyat tədbiri idi.
4. İslam peyğəmbərindən başqaları üçün də merac olmuşdur.
5. İsa Allahın qonağıdır.
6. İnsanın səmalarda yaşamaq imkanı var.
7. Allahın iradəsi bütün hiylələri puça çıxarır.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 158-ci ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 158-ci ayəsi nə haqqındadır?
əksinə, Allah onu (diri halda və dünyadakı bədəni ilə) Özünə (dərgahına) tərəf qaldırıb. Allah həmişə yenilməz qüdrət və (xilqət və şəriətdə) hikmət sahibidir.
Ən-Nisa surəsi 158-ci ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 158-ci ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 158-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 158-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 158-ci ayənin təfsiri nədir?
"Əksinə, Allah onu Özünə tərəf qaldırdı. Allah qüvvət və hikmət sahibidir.” Nöqtələr İmam Sadiq (ə) "nə öldürdülər, nə də dardan asdılar, amma işi dolaşıq saldılar” cümləsi haqqında buyurmuşdur: "Həzrət Qaimin (ə) (Mehdinin) qeybi də bu cürdür. Həqiqətən, ümmət onu iş uzun çəkdiyi üçün dolaşıq salır. Bəziləri deyirlər: Qaim doğulmamışdır.” Başqaları deyir: "Doğulmuş və ölmüşdür.” O birilər isə belə deyirlər: "On birinci imamımız sonsuz idi...”(Tusi, "Əl-Qeybət”, s. 170. ) İşin dolaşıq düşməsi am...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.