Ən-Nisa surəsi · 159-cu ayə

Kitab (Tövrat və İncil) əhlindən elə bir nəfər yoxdur ki, ölümündən (bir neçə an) qabaq ona (İsanın Allahın elçisi və qulu olmasına) iman gətirməsin (lakin bu imanın heç bir xeyri yoxdur). (Yaxud: Kitab əhlinin hamısı (dünyanın sonunda İsa göydən yerə gələndən sonra və) ölümündən qabaq ona iman gətirəcək.) O da Qiyamət günü onlara şahid olacaqdır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 159
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Kitab əhlindən elə bir kəs yoxdur ki, ölümündən qabaq ona (İsaya) iman gətirməsin. Qiyamət günü o həmin kəslərə şahid olacaq.”
Nöqtələr
Belə bir məna ehtimal olunur: Həzrət İsanın ölümündən qabaq bütün kitab əhli ona iman gətirər. Çünki şiə və sünni rəvayətlərinə əsasən, İsa dünyanın sonunda səmadan enər və əsrin imamının arxasında namaz qılar. Bir müddət yaşadıqdan sonra dünyasını dəyişər. Həmin gün məsihilər ona düzgün iman gətirər və onu Allahın oğlu saymazlar.("Təfsire-Əl-Mizan”. )
Bildirişlər
1. Bütün kafirlər və azğınlar ölüm astanasında həqiqətlər aşkar olan zaman ağıla gəlib iman gətirərlər. Amma bunun faydası olmaz.
2. Ölüm hamı üçün qəti bir qanundur. Bu qanuna hətta əsrlərcə ən üstün şəraitdə Allahın və mələklərin qonağı olan İsa da tabedir.
3. Peyğəmbərlər insanların şahidləridirlər.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 159-cu ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 159-cu ayəsi nə haqqındadır?
Kitab (Tövrat və İncil) əhlindən elə bir nəfər yoxdur ki, ölümündən (bir neçə an) qabaq ona (İsanın Allahın elçisi və qulu olmasına) iman gətirməsin (lakin bu imanın heç bir xeyri yoxdur). (Yaxud: Kitab əhlinin hamısı (dünyanın sonunda İsa göydən yerə gələndən sonra və) ölümündən qabaq ona iman gətirəcək.) O da Qiyamət...
Ən-Nisa surəsi 159-cu ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 159-cu ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 159-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 159-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 159-cu ayənin təfsiri nədir?
"Kitab əhlindən elə bir kəs yoxdur ki, ölümündən qabaq ona (İsaya) iman gətirməsin. Qiyamət günü o həmin kəslərə şahid olacaq.” Nöqtələr Belə bir məna ehtimal olunur: Həzrət İsanın ölümündən qabaq bütün kitab əhli ona iman gətirər. Çünki şiə və sünni rəvayətlərinə əsasən, İsa dünyanın sonunda səmadan enər və əsrin imamının arxasında namaz qılar. Bir müddət yaşadıqdan sonra dünyasını dəyişər. Həmin gün məsihilər ona düzgün iman gətirər və onu Allahın oğlu saymazlar.("Təfsire-Əl-Mizan”. ) Bildiriş...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.