Ən-Nisa surəsi · 163-cü ayə

Şübhəsiz, Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi sənə də vəhy göndərdik. Həmçinin İbrahimə, İsmailə, İshaqa, Yəquba, Əsbata (Yəqubun övladlarından olan peyğəmbərlərə), İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana vəhy göndərdik. Və Davuda Zəburu əta etdik (deməli sən peyğəmbərlik iddiası etmək və kitab verilmək baxımından ilk şəxs deyilsən).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 163
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Ey peyğəmbər,) Biz Nuha, ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə vəhy etdik. (Eləcə də) İbrahimə, İsmailə, İshaqa, Yaquba, Əsbata (Yaqub övladlarına), İsaya, Əyyuba, Yunisə, Haruna və Süleymana vəhy etdik. Davuda Zəbur verdik.”
Nöqtələr
Quranda iyirmi beş peyğəmbərin adı çəkilmişdir. Bu ayədə on bir peyğəmbərin adı yad edilir. Digər peyğəmbərlərin adlarına nəzər salaq: Adəm, İdris, Hud, Saleh, Lut, Yusif, Şüeyb, Zulkifl, Musa, İlyas, Yəsə, Zəkəriyya, Yəhya və Üzeyir.
Hədisdə deyilir: Əvvəlki peyğəmbərlərə vəhy olunanlar İslam peyğəmbərinə də vəhy edilmişdir.("Təfsire-Nurus-Səqəleyn”. )
"Sibt” sözünün cəm forması olan "əsbat” sözü Yaqubun peyğəmbərliyə çatmış nəvələrinə və övladlarına işarədir.
"Zəbur” kitab mənasını ifadə edir. Terminoloji baxımdan "Zəbur” həzrət Davuda nazil olmuş kitabın adıdır. "Məzamire-Davud” qədim əhd (Tövrat) kitablarındandır. Bu kitabın yüz əlli fəsli var və hər fəsil bir "məzmur”dur.
Bildirişlər
1. Vəhy və nübuvvət bəşər tarixində dəyişməz cərəyan və sünnədir.
2. Bir mövzu ilə bağlı tarixi nümunələrin bəyanı (məsələn, əvvəlki peyğəmbərlərə vəhy gəlməsi) iddianın sübut şivələrindəndir. Bu məlumatlardan xəbərdarlıq qəbul zəminəsidir.
3. İlahi dinlərin məqsədi, üslubu və mahiyyəti eynidir. Çünki bütün dinlər Allah tərəfindən qaynaqlanır.
4. Tarixdə dəfələrlə ilahi vəhy nazil olsa da, kitab əhli İslam peyğəmbərinin nübuvvətinə qarşı çıxdı. Nə üçün? Onunla başqa peyğəmbərlər arasında fərq qoyuldu, yoxsa əlavə tələblər vardı?

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 163-cü ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 163-cü ayəsi nə haqqındadır?
Şübhəsiz, Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi sənə də vəhy göndərdik. Həmçinin İbrahimə, İsmailə, İshaqa, Yəquba, Əsbata (Yəqubun övladlarından olan peyğəmbərlərə), İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana vəhy göndərdik. Və Davuda Zəburu əta etdik (deməli sən peyğəmbərlik iddiası etmək və...
Ən-Nisa surəsi 163-cü ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 163-cü ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 163-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 163-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 163-cü ayənin təfsiri nədir?
"(Ey peyğəmbər,) Biz Nuha, ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə vəhy etdik. (Eləcə də) İbrahimə, İsmailə, İshaqa, Yaquba, Əsbata (Yaqub övladlarına), İsaya, Əyyuba, Yunisə, Haruna və Süleymana vəhy etdik. Davuda Zəbur verdik.” Nöqtələr Quranda iyirmi beş peyğəmbərin adı çəkilmişdir. Bu ayədə on bir peyğəmbərin adı yad edilir. Digər peyğəmbərlərin adlarına nəzər salaq: Adəm, İdris, Hud, Saleh, Lut, Yusif, Şüeyb, Zulkifl, Musa, İlyas, Yəsə, Zəkəriyya, Yəhya və Üzeyir. Hədisdə deyil...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.