Ən-Nisa surəsi · 165-ci ayə

(Onları) müjdə verən və qorxudan peyğəmbərlər (olaraq göndərdik) ki, bu peyğəmbərlər(in gəlişin)dən sonra insanların Allaha qarşı heç bir dəlil-sübutu olmasın. Allah həmişə yenilməz qüdrət və (bütün işlərində) hikmət sahibidir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 165
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

"Peyğəmbərlər (göndərdik) ki, müjdə verən və qorxudan idilər. (Bu səbəbdən ki,) peyğəmbərlərdən sonra xalqın Allah qarşısında bəhanəsi olmasın. Allah daim yenilməzdir və hikmət sahibidir.”

 

Nöqtələr
Bu ayə peyğəmbərlərin dəvətlərinin külliyyatını və onların iş üsulunu, besətlərinin məqsədini bəyan edir.
Əql də vəhy kimi ilahi höccətdir. Amma ağılın dərketmə dairəsi məhdud olduğundan o, təklikdə kafi deyil. Ona görə də peyğəmbərlər qeyb və axirət biliklərindən xəbər verirlər. Əql bu bilikləri əldə etməkdə acizdir.
Quran digər bir məqamda buyurur: Əgər biz peyğəmbərləri göndərməzdən qabaq onlara əzab versəydik, deyərdilər: Nə üçün bizə açıqlayan və xəbərdarlıq edən peyğəmbər göndərmədin?”
Bildirişlər
1. Peyğəmbərlərin təbliğ üsulu qorxu və ümid kimi iki əsasa malikdir.
2. Peyğəmbərlərin besət fəlsəfəsi xalq üçün ilahi höccəti tamamlamaq, bəhanəyə yer qoymamaqdır. Peyğəmbərlərin gəlişindən sonra kimsə deyə bilmir ki, rəhbərimiz, yol göstərənimiz yox idi, bilmirdik.
3. Peyğəmbərlər şəxsi xarakter, fiziki səciyyə, ötən tarixçə, ictimai-siyasi mövqe, ailə münasibəti, eləcə də, möcüzə baxımından elə bir mərhələdə olmalıdırlar ki, kimsə üçün bəhanə yeri qalmasın.
4. Allah yenilməz və hikmət sahibi olduğundan kimsənin Ona qarşı dəlili yoxdur.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 165-ci ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 165-ci ayəsi nə haqqındadır?
(Onları) müjdə verən və qorxudan peyğəmbərlər (olaraq göndərdik) ki, bu peyğəmbərlər(in gəlişin)dən sonra insanların Allaha qarşı heç bir dəlil-sübutu olmasın. Allah həmişə yenilməz qüdrət və (bütün işlərində) hikmət sahibidir.
Ən-Nisa surəsi 165-ci ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 165-ci ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 165-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 165-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 165-ci ayənin təfsiri nədir?
"Peyğəmbərlər (göndərdik) ki, müjdə verən və qorxudan idilər. (Bu səbəbdən ki,) peyğəmbərlərdən sonra xalqın Allah qarşısında bəhanəsi olmasın. Allah daim yenilməzdir və hikmət sahibidir.”   Nöqtələr Bu ayə peyğəmbərlərin dəvətlərinin külliyyatını və onların iş üsulunu, besətlərinin məqsədini bəyan edir. Əql də vəhy kimi ilahi höccətdir. Amma ağılın dərketmə dairəsi məhdud olduğundan o, təklikdə kafi deyil. Ona görə də peyğəmbərlər qeyb və axirət biliklərindən xəbər verirlər. Əql bu bilikləri əl...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.