Ən-Nisa surəsi · 166-cı ayə

(Kitab əhlindən olan kafirlər sənə vəhy və kitab nazil olmasına şəhadət vermirlər) lakin Allah sənə nazil etdiyinə şəhadət verir ki, onu Öz elmi ilə nazil etmişdir (kəlmələrin nəzmlə düzülüşü, məzmunu və bəşər cəmiyyətinə nazil olması – bunların hamısı Onun əzəli elmi ilədir) və (buna) mələklər də şəhadət verirlər. Allahın şahid olması kifayətdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 166
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Kafirlər bəhanə gətirirlər) Amma Allah sənə nazil etdiyi barədə şəhadət verir ki, Öz elmi ilə sənə nazil etdi. Mələklər də (sənin haqq olmağına.) Şəhadət verirlər. Allahın şahidliyi (sənin üçün) kafidir.
Nöqtələr
Quranın uca maarifinin dərs oxumamış bir şəxsin dilindən, cahil, şirkə aludə mühitdə bəyan olması, xalqın dəyişməsi, təfriqədən vəhdətə, xəsislikdən isara, şirkdən tövhidə, cəhalətdən elmə, süqutdan mənəvi yüksəlişə, islami ümmətin təşkilinə çatması peyğəmbər və dinə edilmiş lütfə Allahın şəhadətidir.
Bildirişlər
1. Haqsız zəiflətmələrin qarşısında yerli qüvvətləndirmələr gerçəkləşməlidir.
2. Dəvət yolunda peyğəmbərlərin də ilahi yardıma ehtiyacı var.
3. Hər bir din təbliğatçısının ən üstün arxası və ümid yeri Allah olmalıdır.
4. Vəhy qaynağı Allahın sonsuz elmidir. Bu səbəbdən də elmlərin inkişafı ilə hər gün Quran maarifinin üzərindən pərdə götürülür.
5. Əgər yerin bir guşəsində inadkar günahkarlar bəhanə gətirirlərsə, varlıq aləmindəki bütün mələklər sənin xeyrinə olaraq şəhadət verirlər.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 166-cı ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 166-cı ayəsi nə haqqındadır?
(Kitab əhlindən olan kafirlər sənə vəhy və kitab nazil olmasına şəhadət vermirlər) lakin Allah sənə nazil etdiyinə şəhadət verir ki, onu Öz elmi ilə nazil etmişdir (kəlmələrin nəzmlə düzülüşü, məzmunu və bəşər cəmiyyətinə nazil olması – bunların hamısı Onun əzəli elmi ilədir) və (buna) mələklər də şəhadət verirlər. All...
Ən-Nisa surəsi 166-cı ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 166-cı ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 166-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 166-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 166-cı ayənin təfsiri nədir?
"(Kafirlər bəhanə gətirirlər) Amma Allah sənə nazil etdiyi barədə şəhadət verir ki, Öz elmi ilə sənə nazil etdi. Mələklər də (sənin haqq olmağına.) Şəhadət verirlər. Allahın şahidliyi (sənin üçün) kafidir. Nöqtələr Quranın uca maarifinin dərs oxumamış bir şəxsin dilindən, cahil, şirkə aludə mühitdə bəyan olması, xalqın dəyişməsi, təfriqədən vəhdətə, xəsislikdən isara, şirkdən tövhidə, cəhalətdən elmə, süqutdan mənəvi yüksəlişə, islami ümmətin təşkilinə çatması peyğəmbər və dinə edilmiş lütfə All...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.