Ən-Nisa surəsi · 17-ci ayə

Əslində (qəbulu ilahi vədəyə əsasən) Allahın öhdəsində olan tövbə, çirkin işi nadanlıq üzündən etmiş, sonra tez (ölümlə qarşılaşmamışdan qabaq) tövbə edən kəslər üçündür. Allahın, tövbələrini qəbul etdiyi kəslər onlardır. Allah həmişə bilən və hikmət sahibidir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 17
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Şübhəsiz ki, Allaha tövbə cəhalət üzündən pis iş görənlər üçündür. Onlar dərhal tövbə edirlər. Allah onların tövbəsini qəbul edər. Allah biləndir və hikmət sahibidir.”
Nöqtələr
Bu ayədə tövbənin bəzi qəbul şərtlərinə işarə olunur, o cümlədən:
a) Günah küfr və inadkarlıqdan yox, nadanlıq və işin sonuna diqqətsizlikdən baş vermişsə;
b) Günah insanı əhatə etməmiş, ya onun xarakterinə hopmamış, ya da ilahi qəzəbə gəlməmiş dərhal tövbə edilsə.
İmam Sadiq (ə) buyurmuşdur: "İnsan bir günaha agah şəkildə batarsa da, əslində cahildir. Çünki özünü ilahi qəzəb qarşısında qoymuşdur.”("Təfsire-bürhan”, c. 1, səh. 354. )
Bildirişlər
1. Həqiqi tövbənin qəbulu Allahın Öz öhdəsinə götürdüyü bəndə haqlarındandır.
2. Nəfs istəkləri qarşısında tab gətirməyən elm cəhldir.
3. Nə qədər ki, günah artmayıb, tövbə asandır. Bu ayədə bir günah nəzərdə tutulursa, növbəti ayədə tövbə yolunu çətinləşdirən çox günahdan söhbət gedir.
4. Allah günahkarları dərhal tövbəyə təşviq edir.
5. Tövbədə sürət onun qəbul səbəbidir.
6. Tövbə qəlbən olmalıdır. Formal tövbədən Allah xəbərdardır.
7. İnadkar olmayan günahkarların üzrünün qəbulu hikmətə uyğundur.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 17-ci ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 17-ci ayəsi nə haqqındadır?
Əslində (qəbulu ilahi vədəyə əsasən) Allahın öhdəsində olan tövbə, çirkin işi nadanlıq üzündən etmiş, sonra tez (ölümlə qarşılaşmamışdan qabaq) tövbə edən kəslər üçündür. Allahın, tövbələrini qəbul etdiyi kəslər onlardır. Allah həmişə bilən və hikmət sahibidir.
Ən-Nisa surəsi 17-ci ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 17-ci ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 17-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 17-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 17-ci ayənin təfsiri nədir?
"Şübhəsiz ki, Allaha tövbə cəhalət üzündən pis iş görənlər üçündür. Onlar dərhal tövbə edirlər. Allah onların tövbəsini qəbul edər. Allah biləndir və hikmət sahibidir.” Nöqtələr Bu ayədə tövbənin bəzi qəbul şərtlərinə işarə olunur, o cümlədən: a) Günah küfr və inadkarlıqdan yox, nadanlıq və işin sonuna diqqətsizlikdən baş vermişsə; b) Günah insanı əhatə etməmiş, ya onun xarakterinə hopmamış, ya da ilahi qəzəbə gəlməmiş dərhal tövbə edilsə. İmam Sadiq (ə) buyurmuşdur: "İnsan bir günaha agah şəkil...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.