Ən-Nisa surəsi · 170-cu ayə

Ey insanlar, həqiqətən Bizim elçimiz sizə Rəbbiniz tərəfindən haqq (din və kitab)ı gətirmişdir. Buna görə də iman gətirin ki, (bu) sizin xeyrinizədir. Əgər kafir olsanız, onda (bilin ki, Allahın sizə ehtiyacı yoxdur, çünki) həqiqətən göylər və yer Allahın həqiqi mülküdür və Allah həmişə bilən və hikmət sahibidir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 170
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Ey xalq! Həqiqətən, peyğəmbər sizin Allahınız tərəfindən haqla (Quranla) birgə gəlmişdir. İman gətirin, bu sizin üçün daha yaxşıdır. Əgər (naşükürlük edib küfrə uğrasanız bilin ki), göylərdə və yerdə nə varsa Allahındır. Allah biləndir və hikmət sahibidir.”
Nöqtələr
Kitab əhli, hətta müşriklər bir peyğəmbərin zühuru intizarında idilər. Ona görə də ayədə rəsul sözü konkret şəkildə bəyan olunur. Yəni bu, intizarı çəkilən həmin peyğəmbərdir. O gəlmişdir, ona iman gətirin.
Bildirişlər
1. İslam bütün dünyanı dəvət edir. Bu din təkcə ərəb qövmünə aid deyil.
2. Peyğəmbərlərin dəvətinin genişlənməsi amili bu dəvətin haqq olmasıdır.
3. İman xalqın özü üçün faydalıdır. İnsan öz imanı ilə Allaha minnət qoymamalıdır. Əksinə, Allah bizi hidayət etdiyi üçün minnət qoymuşdur.
4. Xalqın nə küfrü Allaha ziyanlıdır, nə də imanı Allaha fayda verir.
5. Peyğəmbərlərin besəti və onların dəvətinin mahiyyəti ilahi elm və hikmətə əsaslanır.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 170-cu ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 170-cu ayəsi nə haqqındadır?
Ey insanlar, həqiqətən Bizim elçimiz sizə Rəbbiniz tərəfindən haqq (din və kitab)ı gətirmişdir. Buna görə də iman gətirin ki, (bu) sizin xeyrinizədir. Əgər kafir olsanız, onda (bilin ki, Allahın sizə ehtiyacı yoxdur, çünki) həqiqətən göylər və yer Allahın həqiqi mülküdür və Allah həmişə bilən və hikmət sahibidir.
Ən-Nisa surəsi 170-cu ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 170-cu ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 170-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 170-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 170-cu ayənin təfsiri nədir?
"Ey xalq! Həqiqətən, peyğəmbər sizin Allahınız tərəfindən haqla (Quranla) birgə gəlmişdir. İman gətirin, bu sizin üçün daha yaxşıdır. Əgər (naşükürlük edib küfrə uğrasanız bilin ki), göylərdə və yerdə nə varsa Allahındır. Allah biləndir və hikmət sahibidir.” Nöqtələr Kitab əhli, hətta müşriklər bir peyğəmbərin zühuru intizarında idilər. Ona görə də ayədə rəsul sözü konkret şəkildə bəyan olunur. Yəni bu, intizarı çəkilən həmin peyğəmbərdir. O gəlmişdir, ona iman gətirin. Bildirişlər 1. İslam bütü...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.