Ən-Nisa surəsi · 175-ci ayə

Allah tezliklə Ona iman gətirmiş və sığınmış kəsləri Öz tərəfindən olan bir rəhmət və mərhəmətə daxil edəcək və Özünə tərəf olan doğru yola hidayət edəcəkdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 175
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Allaha iman gətirib Ona bağlanan kimsələri (Allah) tezliklə Öz rəhmət və fəzlinə daxil edər. (Allah) onları Özünə doğru haqq yolda hidayət edər.”
Nöqtələr
Bu ayədə «Allaha bağlanmaq» dedikdə ilahi övliya və rəhbərlərə bağlılıq nəzərdə tutula bilər. Belə bir bağlılıq təfriqənin qarşısını alır. "Cameə” ziyarətində bu nöqtəyə toxunulur.
Əvvəlki iki ayədə iman və saleh əməl ilahi lütf əldə olunması vasitəsi sayılır. Bu ayədə isə iman və Allaha bağlılıq vasitə kimi tanıtdırılır. Bu onu göstərir ki, iman və Allaha bağlılıq həmin iman və əməldir və bu ikisi dəfələrlə Quranda birgə gəlmişdir.
Bildirişlər
1. İlahi mükafatlar bizim haqqımız yox, Allahın fəzl və rəhmətidir. Şübhəsiz ki, məhdud zəhmətin əvəzi əbədi behişt ola bilməz.
2. Allah istədiyini hidayət etsə də, hidayət zəminəsi və vasitəsi insanın iman və bağlılığı ilə əldə olunur.
3. İman və ilahi bağlılıqdan sonra da hidayətə ehtiyac var. İnsan bir an belə ilahi hidayətdən ehtiyacsız deyil.
4. Doğru yol o yoldur ki, insanı Allaha çatdırsın.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 175-ci ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 175-ci ayəsi nə haqqındadır?
Allah tezliklə Ona iman gətirmiş və sığınmış kəsləri Öz tərəfindən olan bir rəhmət və mərhəmətə daxil edəcək və Özünə tərəf olan doğru yola hidayət edəcəkdir.
Ən-Nisa surəsi 175-ci ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 175-ci ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 175-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 175-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 175-ci ayənin təfsiri nədir?
"Allaha iman gətirib Ona bağlanan kimsələri (Allah) tezliklə Öz rəhmət və fəzlinə daxil edər. (Allah) onları Özünə doğru haqq yolda hidayət edər.” Nöqtələr Bu ayədə «Allaha bağlanmaq» dedikdə ilahi övliya və rəhbərlərə bağlılıq nəzərdə tutula bilər. Belə bir bağlılıq təfriqənin qarşısını alır. "Cameə” ziyarətində bu nöqtəyə toxunulur. Əvvəlki iki ayədə iman və saleh əməl ilahi lütf əldə olunması vasitəsi sayılır. Bu ayədə isə iman və Allaha bağlılıq vasitə kimi tanıtdırılır. Bu onu göstərir ki, ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.