Ən-Nisa surəsi · 176-cı ayə

Səndən hökm verməyini istəyirlər, de: «Kəlalə (ata-anaları bir olan, yaxud yalnız atadan bir olan bacılar) barəsində sizə Allah hökm verir: Əgər övladı (atası, anası və babası) olmayan bir kişi ölsə və onun yalnız bir bacısı olmuş olsa, onun mirasının yarısı (şəriətin ilkin qaydasına əsasən) ona məxsusdur (qalan hissələr ikinci qaydaya əsasən irs olaraq ona düşür). Bu qardaş da, əgər bacının övladı yoxdursa onun (malının hamısının) varisi olur. Amma əgər bacılar iki nəfər olsalar, ölənin mirasının üçdə ikisi onlara məxsusdur (və qalan hissələr də şəriətin ikinci qaydasına əsasən irs kimi onlara düşür). Əgər onlar bir neçə bacı və qardaş olsalar (bütün miras onlara məxsusdur, lakin) kişiyə iki qadının payı qədər düşür. Allah (məsələləri) sizə (bu cür) bəyan edir ki, məbada azasınız. Allah hər şeyi biləndir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 176
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Ey peyğəmbər) səndən fətva istəyirlər. De ki, Allah "kəlalə” (yalnız atadan və ya ata və anadan olan qardaş və bacının irsi) haqqında sizə belə fətva verir: Əgər ölən kişinin övladı olmasa, amma bacısı olsa, ondan qalanın yarısı bacısınındır. Bacının da övladı olmadıqda, o bütün irsə sahib olur. Əgər iki bacı olsa, mirasın üçdə ikisi ona çatır. Əgər bir neçə qardaş və bacı olsa, kişi iki qadının payına bərabər irs aparır. Allah sizin üçün hökmləri bəyan edir ki, azmayasınız. Allah hər şeyi biləndir.”
Nöqtələr
Həmin surənin 12-ci ayəsində bildirilir ki, bacı və qardaş bir-birindən irsin altıda biri qədərinə sahib olur. Burada buyurulur: Burada isə irsin yarısından söhbət gedir. Səbəb budur ki, əvvəldə bir anadan olan bacı və qardaşdan danışılırdı, burada isə yalnız ata və ya ata-anadan olan bacı-qardaşdan danışılır.("Təfsire-Nümunə”.  )
Bacı və qardaş meyitdən o vaxt irs aparır ki, meyitin övladı, ya ata-anası olmasın. Əks təqdirdə, bacı və qardaşa pay çatmır.
"Nisa” surəsi ailə məsələləri mövzusu ilə də başladı və bu mövzu ilə başa çatdı.
Bildirişlər
1. Dini məsələlər və hökmləri öyrənmək üçün dini rəhbərə müraciət olunması xalqın vəzifəsidir.
2. Din insanların dünya həyatı üçün proqram verir. İrs mövzusu bir tərəfdən iqtisadi, digər tərəfdən ailə ilə bağlı mövzudur. Din hər iki cəhətdən onun üçün hökmlər müəyyənləşdirmişdir.
3. İrsin bölünməsindəki fərqlər ailə üzvləri arasındakı fərqlərdən danışır. Ata-ana və övladlar bir sıradadır. Bacılar və qardaşlar isə növbəti cərgədədir.
4. Kişinin qadından ikiqat artıq irs alması ilahi elmə əsaslanır. Bu məsələdə qadınların zəif mövqeyə malik olduğu peyğəmbər dövrü rol oynamır.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 176-cı ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 176-cı ayəsi nə haqqındadır?
Səndən hökm verməyini istəyirlər, de: «Kəlalə (ata-anaları bir olan, yaxud yalnız atadan bir olan bacılar) barəsində sizə Allah hökm verir: Əgər övladı (atası, anası və babası) olmayan bir kişi ölsə və onun yalnız bir bacısı olmuş olsa, onun mirasının yarısı (şəriətin ilkin qaydasına əsasən) ona məxsusdur (qalan hissəl...
Ən-Nisa surəsi 176-cı ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 176-cı ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 176-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 176-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 176-cı ayənin təfsiri nədir?
"(Ey peyğəmbər) səndən fətva istəyirlər. De ki, Allah "kəlalə” (yalnız atadan və ya ata və anadan olan qardaş və bacının irsi) haqqında sizə belə fətva verir: Əgər ölən kişinin övladı olmasa, amma bacısı olsa, ondan qalanın yarısı bacısınındır. Bacının da övladı olmadıqda, o bütün irsə sahib olur. Əgər iki bacı olsa, mirasın üçdə ikisi ona çatır. Əgər bir neçə qardaş və bacı olsa, kişi iki qadının payına bərabər irs aparır. Allah sizin üçün hökmləri bəyan edir ki, azmayasınız. Allah hər şeyi bil...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.