Ən-Nisa surəsi · 20-cu ayə

Bir arvadın (əvvəlki arvadınızın) yerinə başqa bir arvad almaq istəsəniz və onlardan birinə (boşamaq istədiyinizə, mehriyyə olaraq) çoxlu mal vermisinizsə, ondan heç nəyi geri almayın. Yoxsa onu (cahiliyyət dövründə adətiniz olan) böhtan, iftira və aşkar günah yolu ilə alacaqsınız?! (Cahiliyyət adəti belə idi ki, qadınlara böhtan atırdılar ki, məcbur olub öz mehriyyələrindən əl çəksinlər).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 20
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əgər bir zövcənin yerinə başqa birini seçmək istəsəniz, onlara çoxlu mal verin və ondan bir şey almayın. Məgər böhtan və aşkar günah yolu ilə onu geri almaqmı istəyirsiniz?!”
Nöqtələr
"Qintar” çoxlu mal mənasını bildirir.
Cahiliyyət dövründə yeni bir arvad almaq istəyənlər əvvəlki arvadı sıxıntıya salmaqla onun öz mehriyyəsini kişiyə bağışlamasına nail olmaq istəyirdilər. Əvvəlki qadın öz mehriyyəsindən keçdikdən sonra kişi onu boşayır və həmin mehriyyə ilə yeni bir arvad alırdı. Bu ayədə cahil ənənələr məzəmmət olunur.
Bildirişlər
1. İslam yenidən evlənməyə icazə verir.
2. Boşanma kişidən asılıdır.
3. Çox mehriyyənin eybi yoxdur. Bununla belə az mehriyyə ilə kifayətlənmək tapşırılmışdır.
4. İlahi qanunlar çərçivəsində mülkiyyət üçün məhdudiyyət yoxdur.
5. İslam qadın hüquqlarının himayəçisidir. Birinci qadının hüququnu pozmaqla ikinci dəfə evlənmək qadağandır.
6. Qadının mülkiyyət hüququ var. Mehriyyə əl vurulmadan ona təhvil verilməlidir.
7. Əgər bir şəxs düz yolla böyük mülkiyyət sahibi olmuşsa, «bu mülkiyyət çoxdur» - deyə ondan nəsə almaq olmaz.
8. Ən böyük zülm don geyindirməklə, böhtan atmaqla, şəxsiyyəti tapdalamaqla xalqın malının onun əlindən alınmasıdır.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 20-cu ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 20-cu ayəsi nə haqqındadır?
Bir arvadın (əvvəlki arvadınızın) yerinə başqa bir arvad almaq istəsəniz və onlardan birinə (boşamaq istədiyinizə, mehriyyə olaraq) çoxlu mal vermisinizsə, ondan heç nəyi geri almayın. Yoxsa onu (cahiliyyət dövründə adətiniz olan) böhtan, iftira və aşkar günah yolu ilə alacaqsınız?! (Cahiliyyət adəti belə idi ki, qadın...
Ən-Nisa surəsi 20-cu ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 20-cu ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 20-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 20-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 20-cu ayənin təfsiri nədir?
"Əgər bir zövcənin yerinə başqa birini seçmək istəsəniz, onlara çoxlu mal verin və ondan bir şey almayın. Məgər böhtan və aşkar günah yolu ilə onu geri almaqmı istəyirsiniz?!” Nöqtələr "Qintar” çoxlu mal mənasını bildirir. Cahiliyyət dövründə yeni bir arvad almaq istəyənlər əvvəlki arvadı sıxıntıya salmaqla onun öz mehriyyəsini kişiyə bağışlamasına nail olmaq istəyirdilər. Əvvəlki qadın öz mehriyyəsindən keçdikdən sonra kişi onu boşayır və həmin mehriyyə ilə yeni bir arvad alırdı. Bu ayədə cahil...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.