Ən-Nisa surəsi · 28-ci ayə

Allah (müvəqqəti evlənmək, kənizi almaq və digər qanunlarla) sizə yüngüllük gətirmək istəyir. İnsan (nəfsinin istəkləri müqabilində) zəif və aciz yaradılmışdır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 28
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Allah sizi (izdivac qanunlarını asanlaşdırmaqla) yüngülləşdirmək istəyir. İnsan zəif yaradılmışdır.”
Nöqtələr
Bu son üç ayədə izdivac məsələsində Allahın lütflərindən bir hissəsi nəql olunmuşdur. Allah sizin üçün hökmlər bəyan edir, yol göstərir, sizə lütfünü nazil edir, işlərinizi yüngülləşdirir. Bütün bunların səbəbi insanın nəfs istəkləri qarşısında zəifliyi, səbir və müqavimət gücünün az olmasıdır.
Bildirişlər
1. İslam asan dindir və İslam yolunda çıxılmaz vəziyyət yoxdur.
2. Dini vəzifələr insanın gücünə uyğundur.
3. Evlənmədə çətinliklər yaratmaq Allahın istəklərinə ziddir.
4. İzdivac məsələlərində ilahi hökmlərlə tabeçiliyiniz yüngüllük və cəmiyyətin fitnə-fəsaddan uzaqlıq zəminəsidir.
5. İnsan cinsi istəklər qarşısında zəifdir.
6. Təbiət və insanın yaranışı ilə şəriət və ilahi hökmlər arasında uyğunluq vardır.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 28-ci ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 28-ci ayəsi nə haqqındadır?
Allah (müvəqqəti evlənmək, kənizi almaq və digər qanunlarla) sizə yüngüllük gətirmək istəyir. İnsan (nəfsinin istəkləri müqabilində) zəif və aciz yaradılmışdır.
Ən-Nisa surəsi 28-ci ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 28-ci ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 28-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 28-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 28-ci ayənin təfsiri nədir?
"Allah sizi (izdivac qanunlarını asanlaşdırmaqla) yüngülləşdirmək istəyir. İnsan zəif yaradılmışdır.” Nöqtələr Bu son üç ayədə izdivac məsələsində Allahın lütflərindən bir hissəsi nəql olunmuşdur. Allah sizin üçün hökmlər bəyan edir, yol göstərir, sizə lütfünü nazil edir, işlərinizi yüngülləşdirir. Bütün bunların səbəbi insanın nəfs istəkləri qarşısında zəifliyi, səbir və müqavimət gücünün az olmasıdır. Bildirişlər 1. İslam asan dindir və İslam yolunda çıxılmaz vəziyyət yoxdur. 2. Dini vəzifələr...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.