Ən-Nisa surəsi · 30-cu ayə

Onu (başqasının malını yeməyi və birini öldürməyi Allahın hökmünün) hədd(lərin)i aşmaq və (özünə və ya başqalarına) zülm üçün edən kəsi tezliklə (yandırıcı) oda salacaq və odun istiliyini ona daddıracağıq. Bu, Allaha asandır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 30
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Hər kəs təcavüz və sitəm yolu ilə belə etsə (xalqın malına və canına əl uzatsa və ya intihar edib qan töksə), tezliklə onu oda daxil edərik. Bu iş Allah üçün asandır.”
Nöqtələr
Ədavət və zülm arasında fərq bu ola bilər ki, ədavət yalnız başqalarına yönəlir, zülm isə insanın özünə də aid ola bilir.
Ayədəki "nuslihi” sözü təcavüzkarın oda salınacağı mənasını bildirir.
İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs bilərəkdən intihar etsə (özünü öldürsə), həmişəlik cəhənnəmdə qalar.” Sonra isə həzrət bu ayəni tilavət etmişdir.”("Mən la yəhzur”, c. 3, səh. 364. )
Bildirişlər
1. Bir işin səbəbi zülm və ədavət deyilsə, bu işə görə ilahi qəhr və qəzəb də yoxdur.
2. İnsanın məqsədi ona veriləcək mükafat və ya cəzada mühüm rol oynayır.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 30-cu ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 30-cu ayəsi nə haqqındadır?
Onu (başqasının malını yeməyi və birini öldürməyi Allahın hökmünün) hədd(lərin)i aşmaq və (özünə və ya başqalarına) zülm üçün edən kəsi tezliklə (yandırıcı) oda salacaq və odun istiliyini ona daddıracağıq. Bu, Allaha asandır.
Ən-Nisa surəsi 30-cu ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 30-cu ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 30-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 30-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 30-cu ayənin təfsiri nədir?
"Hər kəs təcavüz və sitəm yolu ilə belə etsə (xalqın malına və canına əl uzatsa və ya intihar edib qan töksə), tezliklə onu oda daxil edərik. Bu iş Allah üçün asandır.” Nöqtələr Ədavət və zülm arasında fərq bu ola bilər ki, ədavət yalnız başqalarına yönəlir, zülm isə insanın özünə də aid ola bilir. Ayədəki "nuslihi” sözü təcavüzkarın oda salınacağı mənasını bildirir. İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs bilərəkdən intihar etsə (özünü öldürsə), həmişəlik cəhənnəmdə qalar.” Sonra isə həzrət bu ayə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.