Ən-Nisa surəsi · 38-ci ayə

Həmin o kəslər ki, mallarını riya və camaata göstərmək xatirinə xərcləyirlər və Allaha və axirət gününə imanları yoxdur. Yoldaş və həmdəmi Şeytan olan kəs (bilsin ki,) o çox pis bir həmdəmdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 38
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Özünü üstün tutan təkəbbürlülər) o kəslərdir ki, mallarını riya və özlərini xalqa göstərmək üçün infaq edirlər. Onlar Allaha və qiyamət gününə inanmırlar. Hər kəsin həmdəmi şeytan olsa, necə də pis həmdəmdir!”
Nöqtələr
Şeytan bəzən insana uzaqdan nə isə təlqin edir, bəzən isə yaxından həmdəm olur. Möminlər şeytanın vəsvəsə və təlqinlərindən qaçırlar. "Zuxruf” surəsinin 36-cı ayəsində oxuyuruq: "Allah zikrindən üz döndərənə bir şeytan göndərərik ki, onun daimi yoldaşı olsun.”
Bildirişlər
1. Həm xəsislik və infaqın tərki pisdir, həm riyakarlıqla edilən infaq. Əvvəlki ayədə xəsislik məzəmmət edildi. Bu ayədə isə riyakarcasına verilən bəxşişlər qınanır.
2. Allah və Qiyamətə gerçək imanın olmaması riya səbəbidir.
3. İnfaq etməkdə məqsəd təkcə acları doyurmaq deyil. Çünki riyakarcasına edilən infaq da acları doyurur. İnfaqda bir məqsəd də infaq edəni mənəvi cəhətdən yetkinləşdirməkdir.
4. Allah riyakarları sevmir.
5. Allah eşqi olmayan qəlb şeytanın həmişəlik yeridir.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 38-ci ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 38-ci ayəsi nə haqqındadır?
Həmin o kəslər ki, mallarını riya və camaata göstərmək xatirinə xərcləyirlər və Allaha və axirət gününə imanları yoxdur. Yoldaş və həmdəmi Şeytan olan kəs (bilsin ki,) o çox pis bir həmdəmdir.
Ən-Nisa surəsi 38-ci ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 38-ci ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 38-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 38-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 38-ci ayənin təfsiri nədir?
"(Özünü üstün tutan təkəbbürlülər) o kəslərdir ki, mallarını riya və özlərini xalqa göstərmək üçün infaq edirlər. Onlar Allaha və qiyamət gününə inanmırlar. Hər kəsin həmdəmi şeytan olsa, necə də pis həmdəmdir!” Nöqtələr Şeytan bəzən insana uzaqdan nə isə təlqin edir, bəzən isə yaxından həmdəm olur. Möminlər şeytanın vəsvəsə və təlqinlərindən qaçırlar. "Zuxruf” surəsinin 36-cı ayəsində oxuyuruq: "Allah zikrindən üz döndərənə bir şeytan göndərərik ki, onun daimi yoldaşı olsun.” Bildirişlər 1. Həm...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.