Ən-Nisa surəsi · 40-cu ayə

Şübhəsiz, Allah (heç kəsə) zərrə qədər də zülm etməz və əgər həmin miqdarda yaxşı əməl mövcud olsa onu (onun savabını, yaxud eynini axirətdə) ikiqat artırar və Öz tərəfindən böyük bir savab (mükafat) əta edər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 40
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Həqiqətən, Allah zərrə qədərincə də sitəm etməz. Yaxşı iş olsa, onu ikiqat artırar. Öz tərəfindən də böyük mükafat əta edər.”
Nöqtələr
Adətən, zülmün kökü ya cəhalət, ya qorxu, ya ehtiyat, ya da hərislik olur. Amma Allah ehtiyacsız, bilən və pakdır, bu səbəbdən də zülm etmir. Bundan əlavə, Allah-təala Özü ədalət və ehsana çağırmışdır. Necə olar ki, Allah mərhəmətə çağırdığı halda Özü zülm etmiş olsun?! Allahın mükafatı isə görülən xeyir işdən neçə qat artıqdır. Bu mükafat on qatdan yeddi yüz qatadək artıq ola bilər. Bu isə Allahın ehsan və lütfüdür.
Bildirişlər
1. Allah ədalətlidir. Onun cəzalarını doğuran bizim öz əməllərimizdir.
2. Allah günaha münasib cəza verirsə, yaxşı işin mükafatını qat-qat artıq əta edir.
3. Allah mükafatı artırmaqla yanaşı Öz tərəfindən də böyük bir əcr verir.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 40-cu ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 40-cu ayəsi nə haqqındadır?
Şübhəsiz, Allah (heç kəsə) zərrə qədər də zülm etməz və əgər həmin miqdarda yaxşı əməl mövcud olsa onu (onun savabını, yaxud eynini axirətdə) ikiqat artırar və Öz tərəfindən böyük bir savab (mükafat) əta edər.
Ən-Nisa surəsi 40-cu ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 40-cu ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 40-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 40-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 40-cu ayənin təfsiri nədir?
"Həqiqətən, Allah zərrə qədərincə də sitəm etməz. Yaxşı iş olsa, onu ikiqat artırar. Öz tərəfindən də böyük mükafat əta edər.” Nöqtələr Adətən, zülmün kökü ya cəhalət, ya qorxu, ya ehtiyat, ya da hərislik olur. Amma Allah ehtiyacsız, bilən və pakdır, bu səbəbdən də zülm etmir. Bundan əlavə, Allah-təala Özü ədalət və ehsana çağırmışdır. Necə olar ki, Allah mərhəmətə çağırdığı halda Özü zülm etmiş olsun?! Allahın mükafatı isə görülən xeyir işdən neçə qat artıqdır. Bu mükafat on qatdan yeddi yüz qa...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.