Ən-Nisa surəsi · 42-ci ayə

Həmin gün kafirlər və Allahın elçisinə itaətsizlik edənlər arzu edərlər ki, kaş yerlə (torpaqla) yeksan olaydılar! Allahdan heç bir sözü gizlədə bilməzlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 42
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

"Belə bir gündə küfrə batıb, peyğəmbərə itaətsizlik göstərən kəslər torpaqla bir olmağı arzu edərlər. Onlar Allahdan heç bir söz gizləyə bilməzlər.”

 

Nöqtələr
Günahkar kafirlər şahidlər gətirilməmişdən öz günahlarını və fəsadlarını inkar edərlər. Onlar etdikləri işləri boyunlarından atıb deyərlər: «And olsun Allaha biz müşrik deyildik.»("Ənam”, 23. ) Amma elə ki, şahidlər həqiqəti söyləyərlər, artıq qaçmağa yer qalmaz.
Quran ayələrində günahkarların həsrət dolu arzuları belə bəyan olunur: Kaş torpaq olaydım. Kaş torpağa qatılaydım. Kaş filankəslə dost olmayaydım. Kaş dünyada düşüncə sahiblərindən olaydım. Kaş həmin ölümlə yox olmuş olaydım...
Bildirişlər
1. Peyğəmbər göstərişlərinə itaətsizlik Allaha küfr cərgəsində dayanır.
2. Qiyamət günü həsrət və arzu günüdür.
3. Qiyamət günü heç bir söz və mətləb gizli qalmaz.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 42-ci ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 42-ci ayəsi nə haqqındadır?
Həmin gün kafirlər və Allahın elçisinə itaətsizlik edənlər arzu edərlər ki, kaş yerlə (torpaqla) yeksan olaydılar! Allahdan heç bir sözü gizlədə bilməzlər.
Ən-Nisa surəsi 42-ci ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 42-ci ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 42-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 42-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 42-ci ayənin təfsiri nədir?
"Belə bir gündə küfrə batıb, peyğəmbərə itaətsizlik göstərən kəslər torpaqla bir olmağı arzu edərlər. Onlar Allahdan heç bir söz gizləyə bilməzlər.”   Nöqtələr Günahkar kafirlər şahidlər gətirilməmişdən öz günahlarını və fəsadlarını inkar edərlər. Onlar etdikləri işləri boyunlarından atıb deyərlər: «And olsun Allaha biz müşrik deyildik.»("Ənam”, 23. ) Amma elə ki, şahidlər həqiqəti söyləyərlər, artıq qaçmağa yer qalmaz. Quran ayələrində günahkarların həsrət dolu arzuları belə bəyan olunur: Kaş t...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.