Ən-Nisa surəsi · 48-ci ayə

Şübhəsiz, Allah Ona şərik qoşulmasını (bu günahı) bağışlamaz və ondan başqasını (yaxud ondan kiçik günahları) istədiyi şəxs üçün (tövbəsiz) bağışlayar. Allaha şərik qoşan kəs həqiqətən böyük bir günah uydurmuşdur.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 48
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Həqiqətən, Allah Ona şərik qoşulmasını bağışlamır. Amma bundan aşağı nə olsa, istədiyinə bağışlayır. Hər kəs Allaha şərik qoşsa, şübhəsiz, böyük günah etmişdir.”
Nöqtələr
Şirk mövzusu Quranda iki yüz dəfədən çox bəyan olunmuşdur. İstənilən bir şəkildə Allahdan qeyrisinə diqqət (bütpərəstlik, riyakarlıq, qeyri-ilahi meyllər, materialistlik)məzəmmət olunmuşdur. Bu ayənin məzmunu uyğun surənin 116-cı ayəsində eynən təkrarlanmışdır. Təkrar hidayət amilidir.
Şirk haqq dairəsindən xaric olma, Allahdan üz döndərmə, Allahdan qeyrilərinə müraciət olduğundan tövbəsiz bağışlanmır. Müşrik öz şirkindən əl çəkib həqiqi tövbə etsə, Allah onu bağışlayar. "Zumər” surəsinin 54-cü ayəsində buyurulur: "Allah bütün günahları bağışlayır. Onun rəhmətindən məyus olmayın və dərgahına tövbə qılın.”
Allahın rəhmət nəzərinin kimə yönələcəyini kimsə bilmədiyindən qürur və günaha cürət üçün yer qalmır.
Bir neçə şey bağışlama amillərindəndir: tövbə, yaxşı işlər görmək, kəbirə günahlardan uzaqlıq, şəfaət, ilahi əfv (bu ayədə uyğun amillərin hər birinə işarə olunmuşdur).
İmam Sadiq (ə) ayə haqqında buyurmuşdur: "Məqsəd kəbirə günahlar və digər günahlardır. (Allah istəsə, tövbəsiz də bağışlayar).("Kafi”, c. 2, səh.  )
Bildirişlər
1. Şirk ən mənfur günahdır və Allahın bağışlamasına mane olur.
2. Günahların bağışlanması Allahın hikmətli iradəsinə aiddir.
3. Şirk dəlilsiz iddia və böyük bir yalandır.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 48-ci ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 48-ci ayəsi nə haqqındadır?
Şübhəsiz, Allah Ona şərik qoşulmasını (bu günahı) bağışlamaz və ondan başqasını (yaxud ondan kiçik günahları) istədiyi şəxs üçün (tövbəsiz) bağışlayar. Allaha şərik qoşan kəs həqiqətən böyük bir günah uydurmuşdur.
Ən-Nisa surəsi 48-ci ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 48-ci ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 48-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 48-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 48-ci ayənin təfsiri nədir?
"Həqiqətən, Allah Ona şərik qoşulmasını bağışlamır. Amma bundan aşağı nə olsa, istədiyinə bağışlayır. Hər kəs Allaha şərik qoşsa, şübhəsiz, böyük günah etmişdir.” Nöqtələr Şirk mövzusu Quranda iki yüz dəfədən çox bəyan olunmuşdur. İstənilən bir şəkildə Allahdan qeyrisinə diqqət (bütpərəstlik, riyakarlıq, qeyri-ilahi meyllər, materialistlik)məzəmmət olunmuşdur. Bu ayənin məzmunu uyğun surənin 116-cı ayəsində eynən təkrarlanmışdır. Təkrar hidayət amilidir. Şirk haqq dairəsindən xaric olma, Allahda...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.