Ən-Nisa surəsi · 5-ci ayə

Allahın sizin (yaşayışınız) üçün dayaq etdiyi mallarınızı (və yetimlərin mallarını), səfehlərə (və az yaşlı yetimlərin özlərinə) verməyin. Onlara həmin malın gəlirindən ruzi verin, onları geyindirin və onlarla bəyənilən bir tərzdə danışın.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 5
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Həyatınızın qurulması üçün Allahın vasitə qərar verdiyi mallarınızı səfehlərin əlinə verməyin. Amma onun gəlirindən həmin adamları yedirin, xərclərini verin, geyindirin və onlarla xoş danışın.”
Nöqtələr
Rəvayətlərdə şərabxor və günahkar insanlar səfeh adlandırılmışdır.("Kafi”, c. 5, səh. 299. )Ümumi mallar belə insanlara tapşırılmamalıdır. Mal-mülk cəmiyyətin gücüdür. İstənilən bir məqam və maddi məsuliyyəti səfeh insanlara tapşırmaq cəmiyyətə xəyanətdir.
İmam Sadiq (ə) bir şəxsə buyurdu: "Malını qoru, çünki mal sənin dinini möhkəmləndirər.” Sonra həzrət həmin ayəni tilavət etdi("Vəsail”, c. 7, səh. 126. )
İmam Baqir (ə) səfehlər təbiri haqqında buyurmuşdur: "Məqsəd etibarsız adamlardır.”("Vəsail”, c. 16, səh. 369. )
Bildirişlər
1. Səfeh insanın öz malını sərf etmək hüququ yoxdur.
2. Cəmiyyətin həyatı üçün nəzərdə tutulmuş mal səfehin ixtiyarına verilə bilməz.
3. Səfehin hətta öz malına hakim olması cəmiyyətə iqtisadi zərbədir. Fərdlərin mal-mülkü üzərində də cəmiyyətin haqqı var.
4. Münasibətlərdə cəmiyyətin iqtisadi mənafelərini və fərdlərin əqli inkişafını nəzərə almaq lazımdır. Ötəri hisslərə və mərhəmətə istinad etmək olmaz.
5. Var-dövlət, mal-mülk ictimai nizamın dayağıdır.
6. Sərmayə hərəkətsiz qalmamalıdır. Yetimlərin və səfehlərin də malı dövr etməlidir. Onların sərmayəsi qorunmalı, qazancları isə onların təminatına sərf edilməlidir.
7. Məhrumların ruhi meyilləri və şəxsiyyətlərinə diqqət yetirilməlidir.
8. İnsanı öz malı üzərində ixtiyardan məhrum etdikdə etiraz yaranır. Ağılsızların bu sayaq etirazlarını xoş danışıqla aradan qaldırın.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 5-ci ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 5-ci ayəsi nə haqqındadır?
Allahın sizin (yaşayışınız) üçün dayaq etdiyi mallarınızı (və yetimlərin mallarını), səfehlərə (və az yaşlı yetimlərin özlərinə) verməyin. Onlara həmin malın gəlirindən ruzi verin, onları geyindirin və onlarla bəyənilən bir tərzdə danışın.
Ən-Nisa surəsi 5-ci ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 5-ci ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 5-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 5-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 5-ci ayənin təfsiri nədir?
"Həyatınızın qurulması üçün Allahın vasitə qərar verdiyi mallarınızı səfehlərin əlinə verməyin. Amma onun gəlirindən həmin adamları yedirin, xərclərini verin, geyindirin və onlarla xoş danışın.” Nöqtələr Rəvayətlərdə şərabxor və günahkar insanlar səfeh adlandırılmışdır.("Kafi”, c. 5, səh. 299. )Ümumi mallar belə insanlara tapşırılmamalıdır. Mal-mülk cəmiyyətin gücüdür. İstənilən bir məqam və maddi məsuliyyəti səfeh insanlara tapşırmaq cəmiyyətə xəyanətdir. İmam Sadiq (ə) bir şəxsə buyurdu: "Malı...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.