Ən-Nisa surəsi · 53-cü ayə

Məgər onların (Tövrat və İncil alimlərinin) hökümətdən bir payları var (ki, peyğəmbərlik və hidayəti istədikləri şəxsə versinlər)?! Əgər elə olsaydı, onda onlar camaata (mal və məqamdan) hətta xurma tumunun arxasındakı nöqtə qədər də olsun (bir şey) verməzdilər!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 53
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Onlar (yəhudilər) üçün hakimiyyətdən bir bəhrə varmı? Belə olsaydı, xalqa bir zərrə də verməzdilər.”
Nöqtələr
"Nəqir” dedikdə, ya xurma dənəsinin arxasındakı çökək, ya da quşların dimdiyinə götürdüyü şey başa düşülür. Bu söz bir şeyin dəyərsiz, cüzi olmasına işarədir.
İmam Baqir (ə) "nəsibun minəl-mulk” təbiri haqqında buyurmuşdur: "Nəzərdə imamət və xilafət tutulur. "Ənnas” dedikdə isə biz Əhli-beytə (ə) işarə olunur.”("Kafi”, c. 1, səh. 205. ) Yəni bu kəslər hakimiyyətə çatsalar, Əhli-beytə bir xurma özəyinin sapı qədər belə qüdrət verməzlər.
"Məcməül-bəyan” təfsirində nəql olunur ki, yəhudilər olduqca inhisarçıdırlar və qüdrətə çatsalar, kimsəyə ondan pay verməzlər. Bu təbir yəhudilərin xəsislik və dar baxışlılıq ruhiyyəsi ilə uyğundur.
Bildirişlər
1. Dininiz haqqında başqalarının yersiz mühakimələri sizi narahat etməsin.
2. Sonsuz hakimiyyət Allaha məxsusdur. Başqalarının əldə etdiyi hakimiyyət məhdud və müvəqqətidir.
3. Düşmənlərinizi yaxşı tanıyın. Onlar hakimiyyətə gəlsələr, sizi birdəfəlik görməməzliyə vurarlar.
4. Əlinə hakimiyyət və qüdrət düşən insan xalqın rifahı haqqında düşünməlidir.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 53-cü ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 53-cü ayəsi nə haqqındadır?
Məgər onların (Tövrat və İncil alimlərinin) hökümətdən bir payları var (ki, peyğəmbərlik və hidayəti istədikləri şəxsə versinlər)?! Əgər elə olsaydı, onda onlar camaata (mal və məqamdan) hətta xurma tumunun arxasındakı nöqtə qədər də olsun (bir şey) verməzdilər!
Ən-Nisa surəsi 53-cü ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 53-cü ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 53-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 53-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 53-cü ayənin təfsiri nədir?
"Onlar (yəhudilər) üçün hakimiyyətdən bir bəhrə varmı? Belə olsaydı, xalqa bir zərrə də verməzdilər.” Nöqtələr "Nəqir” dedikdə, ya xurma dənəsinin arxasındakı çökək, ya da quşların dimdiyinə götürdüyü şey başa düşülür. Bu söz bir şeyin dəyərsiz, cüzi olmasına işarədir. İmam Baqir (ə) "nəsibun minəl-mulk” təbiri haqqında buyurmuşdur: "Nəzərdə imamət və xilafət tutulur. "Ənnas” dedikdə isə biz Əhli-beytə (ə) işarə olunur.”("Kafi”, c. 1, səh. 205. ) Yəni bu kəslər hakimiyyətə çatsalar, Əhli-beytə b...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.