Ən-Nisa surəsi · 56-cı ayə

Şübhəsiz, ayələrimizi (Qur’anı) və (tovhid) nişanələrimizi inkar edənləri tezliklə (ölən kimi Bərzəx aləmində, yaxud Allahın nəzərində tez olan Qiyamətdə yandırıcı) oda daxil edəcək və onun istiliyini onlara daddıracağıq. Dəriləri yanıb bişdiyi zaman onların yerinə başqa dərilər gətirərik ki, əzabı (tam) dadsınlar. Doğrudan da Allah qüdrətli və hikmət sahibidir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 56
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
«Həqiqətən, tezliklə Bizim ayələrimizi inkar edənləri atəşə atacağıq. Bədənlərinin dəriləri nə qədər yansa, onun yerində başqa bir dəri qərar verərik ki, əzabı dadsın. Həqiqətən, Allah qüvvə və hikmət sahibidir.»
Nöqtələr
Onlar hər an inadkarlıq göstərdiklərindən hər an yeni bir dəri ilə əzabı dadmalıdırlar. Necə ki, "Təfsire-Safi”də deyilir: "İmamların dövründə din müxaliflərindən olan ibn Əbul-Əvca adlı biri İmam Sadiqdən (ə) soruşdu: "Yeni dərinin günahı nədir?” İmam buyurdu: "Yeni dəri əvvəlki dərinin yanıqlarından düzəlir. Necə ki, kərpic ovulduqdan sonra yenidən düzələ bilər.”
Bildirişlər
1. Kafirlərin cəzası daimidir.
2. Yeni dəri şiddətli əzabı dadmaq məqsədi ilə qərar verilir. (Çünki yanma zamanı ən böyük ağrı dəriyə aiddir. Əgər alov sümüyə çatsa ağrı azalar.)
3. Məad, ölümdən sonrakı həyat cismanidir.
4. Əzab davamlı olduğu üçün kafirlərə adiləşməz.
5. Kafirlərin daimi cəzalandırılması hikmətə əsaslanır. Heç bir qüvvə cəhənnəmdə Allahın qəzəbinin qarşısını ala bilməz.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 56-cı ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 56-cı ayəsi nə haqqındadır?
Şübhəsiz, ayələrimizi (Qur’anı) və (tovhid) nişanələrimizi inkar edənləri tezliklə (ölən kimi Bərzəx aləmində, yaxud Allahın nəzərində tez olan Qiyamətdə yandırıcı) oda daxil edəcək və onun istiliyini onlara daddıracağıq. Dəriləri yanıb bişdiyi zaman onların yerinə başqa dərilər gətirərik ki, əzabı (tam) dadsınlar. Doğ...
Ən-Nisa surəsi 56-cı ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 56-cı ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 56-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 56-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 56-cı ayənin təfsiri nədir?
«Həqiqətən, tezliklə Bizim ayələrimizi inkar edənləri atəşə atacağıq. Bədənlərinin dəriləri nə qədər yansa, onun yerində başqa bir dəri qərar verərik ki, əzabı dadsın. Həqiqətən, Allah qüvvə və hikmət sahibidir.» Nöqtələr Onlar hər an inadkarlıq göstərdiklərindən hər an yeni bir dəri ilə əzabı dadmalıdırlar. Necə ki, "Təfsire-Safi”də deyilir: "İmamların dövründə din müxaliflərindən olan ibn Əbul-Əvca adlı biri İmam Sadiqdən (ə) soruşdu: "Yeni dərinin günahı nədir?” İmam buyurdu: "Yeni dəri əvvəl...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.